Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək

17:01 - 16 / 11 / 2018
Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.

İdarədən 1news.az-a verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi fəaliyyət göstərən «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılıqda noyabrın 19-da Berlin şəhərində keçirəcəyi «Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illərinin elan olunmasının ardınca, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 10 illiyi münasibətilə tədbirlərin davamı olaraq keçiriləcək Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Berlin Konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Himayədarlar və Məşvərət Şuralarının üzvləri, Konfransda təmsil olunan iştirakçıların Almaniyada akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin - ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildirlər.

Almaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.

1news.az

 

 

Paylaş:
518

Son xəbərlər

Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03
Bütün xəbərlər