Almaniya şokda: 1954-cü ildən bəri ilk dəfə qrupda qaldılar – FOTO | 1news.az | Xəbərlər
Futbol

Almaniya şokda: 1954-cü ildən bəri ilk dəfə qrupda qaldılar – FOTO

11:53 - 28 / 06 / 2018
Almaniya şokda: 1954-cü ildən bəri ilk dəfə qrupda qaldılar – FOTO

Məlum olduğu kimi, Rusiyada keçirilən DÇ-2018-də Almaniya yığması qrupun son oyununda Kazan şəhərində Cənubi Koreya millisi ilə qarşılaşıb.

Matç 0:2 hesabla koreyalıların qələbəsi ilə başa çatıb. Sin Thyo Yönün yetirmələri Yoahim Lövün çalışdırdığı komandanı məğlub etsə də, Cənubi Koreya 1/8 mərhələsinə çıxa bilməyib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Almaniya yığması isə tarixində ilk dəfə dünya çempionatında qrupdan çıxa bilməyib. 1954-cü ildən bəri “bundestim” həmişə mundiallara qatılıb və həmişə də qrupdan çıxıb. 16 mundial dalbadal!

Dünya çempionatlarında qrup mərhələsi ilk dəfə 1950-ci ildə tətdiq edilib, fəqət, Almaniya 2-ci Dünya Savaşına görə cəzalandığı üçün həmin çempionata buraxılmamışdı.

Almaniya yığması üçün DÇ-2018 ən pis çempionat oldu. 1954-cü ildən bəri "bundestim" 4 dəfə dünya çempionu olub, 4 dəfə 2-ci yeri tutub, 4 dəfə 1/2 finala çıxıb, 4 dəfə isə 1/4 finalda mübarizəni dayandırıb.

Statistikaya görə, Cənubi Koreya yığmasına qarşı almanlar supermatç oynadılar. Onlar 24 dəfə topu qapıya vurdular, oyun vaxtının 74 faizində topa nəzarət etdilər, ötürmələrdə də dəqiqlik 90 faiz oldu. Lakin almanlar koreyalılara qol vura bilmədilər və uduzdular.

May ayında Yoahim Löv Almaniya Futbol Federasiyası ilə müqaviləsinin vaxtını 2022-ci ilədək artırıb.

Lövün baş məşqçi olduğu dönəmdə Almaniya yığması 164 matç oynayıb, 109 oyunda qalib gəlib. "Bundestim" DÇ-2014-də və 2017-ci ilin Konfederasiyalar Kubokunda qalib gəlib, EURO-2008-də gümüş, DÇ-2010-da, EURO-2012-də və EURO-2016-da bürünc medallar qazanıb.

1news.az

Paylaş:
807

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər