Amerikalı diplomat: Məişət zorakılığı Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsir göstərir – FOTO– VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerikalı diplomat: Məişət zorakılığı Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsir göstərir – FOTO– VİDEO

13:19 - 10 / 12 / 2018
Amerikalı diplomat: Məişət zorakılığı Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsir göstərir – FOTO– VİDEO

“Nə qədər ki, dünya əhalisinin qadın və qızlardan ibarət yarısı qorxu, zorakılıq və gündəlik müdafiəsizlik şəraitində yaşaya bilməyəcək, həqiqətən ədalətli və bərabərhüquqlu dünyada yaşadığımızı deyə bilmərik” – deyə BMT-nin baş katibi Antoniu Quterreş qeyd edir.

Son 9 ildir ki, “BMT-qadınlar” qurumu tərəfindən aparılan 16 günlük “Zorakılığa yox de” kampaniyası bu gün başa çatır. Beynəlxalq kampaniyanın məqsədi məişət zorakılığı kimi qlobal problem barədə informasiyanın yayılması, hökumət, BMT sisteminin qurumları və vətəndaş cəmiyyətinin qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə səylərini artırmaqdır.

Bütün dünyada ABŞ səfirlikləri tematik tədbirlər aparmaqla və zorakılıq problemini ictimai platformalarda qaldırmaqla zorakılığa qarşı beynəlxalq kampaniyanı dəstəkləyir. ABŞ-ın Azərbaycandakı səfirliyi də istisna deyil.

ABŞ-ın Azərbaycandakı səfir müavini vəzifələrini icra edən Bricit Uolker (Bridgette Walker) 1news.az-a müsahibəsində  səfirliyin Azərbaycana məişət zorakılığı ilə mübarizə məsələsində dəstəyi, Birləşmiş Ştatlarda işin necə aparıldığı, həmçinin bu qlobal problemin iqtisadi aspektləri barədə danışdı.

“Bir qayda olaraq, ailədə müntəzəm zorakılığın qadınların fiziki, psixi, seksual və reproduktiv sağlamlığının pozulması kimi çox mənfi fəsadları barədə danışılır. Lakin qadınlara qarşı zorakılığın yalnız ayrı insanın və ya ayrı ailənin maddi rifahına deyil, ümumilikdə ölkədə iqtisadi vəziyyətə təsir edərək aydın ifadə olunan iqtisadi fəsadları var”, - deyə Bricit Uolker qeyd etdi.

Onun verdiyi məlumatlara görə, bu yaxınlarda ABŞ-da sosial tədqiqat aparılıb. Bu tədqiqat ölkədə məişət zorakılığı kimi amilin olmayacağı və istisnasız bütün qadınların iqtisadi həyatda fəal iştirak etmək imkanının olacağı halda ölkənin iqtisadi inkişafının əsas göstəricisi olan ÜDM-un 5% arta biləcəyini göstərib.

Göstəricilər ölkədən ölkəyə fərqlənə bilər. Lakin Bricit Uolkerin dediyi kimi, bu prinsip hamı üçün keçərlidir. Gender zorakılığı qadınlara əziyyət verərək və onları alçaldaraq təzyiq göstərir, onlara potensiallarını həyata keçirməyə imkan verməyərək ölkənin ümumi iqtisadi inkişafını ləngidir.

Bu il beynəlxalq kampaniya əsasən gender zorakılığı probleminin iqtisadi aspektinə yönəlib. Kampaniya #HearMeToo heşteqi ilə “Dünyanı narıncı rəngə boya” şüarı altında keçirilir. Kampaniya hər il Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü (25 noyabr) başlayır və Ümumdünya İnsan Hüquqları Günündə (10 dekabr) başa çatır.

Bricit Uolkerin fikrincə, iqtisadi aspekt yalnız məişət zorakılığının fəsadı kimi deyil, onun səbəblərindən biri kimi nəzərdən keçirilməlidir.

“Ailə iqtisadi cəhətdən çətinlik çəkirsə, əsas məsuliyyət ailənin gəlirlərinə görə cavabdeh insanın üzərinə düşür. Həmin insan ailəsini lazımi şəkildə dolandıra bilmirsə, bu stress aqressiv sosial davranışa yol açır. Bu davranışın formalarından biri məişət zorakılığıdır”, - deyə o qeyd edir.

Lakin zorakılığın ailənin maddi rifahı ilə birbaşa əlaqəsi sübuta yetirilməyib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, qadınlara münasibətdə zorakılıq həm kasıb, həm də varlı ailələrdə rast gəlinən bütün dünyada bərabər şəkildə yayılan bir problemdir.

ÜST-nın zorakılığın qlobal şəkildə yayılması barədə məlumatlarına əsasən, dünyada hər üçüncü qadın (35%) həyatı boyunca cinsi partnyoru tərəfindən fiziki və seksual zorakılığa və ya digər şəxs tərəfindən seksual zorakılığa məruz qalır.

Bütün dünyada münasibətdə olan qadınların 30%-i partnyorları tərəfindən hər hansı formada fiziki və ya seksual zorakılığa məruz qaldığını deyir. Dünyada qadınlara qarşı 38%-dək cinayətlər onların kişi cinsindən olan partnyorları tərəfindən törədilir.

Zorakılığın olduğu ailələrdə böyüyən uşaqlar davranış və emosional pozuntulardan əziyyət çəkə bilər. Bu pozuntular gələcəkdə digərlərinə münasibətdə zorakılığa meylliliyə yol aça bilər.

ÜST-nın məlumatlarına görə, zorakılığa əsasən aşağı təhsil səviyyəsinə malik, uşaqlıqda şiddət görən, analarına münasibətdə zorakılığın şahidi olan, spirtli içkilərdən sui-istifadə edən, bərabərsizliyə əsaslanan gender normaları, həmçinin zorakılığa qarşı dözümlülüyü paylaşan və qadınlar üzərində üstünlük hiss edən kişilər meyllidir.

Bricit Uolkerin sözlərinə görə, ABŞ üçün məişət zorakılığı problemi dünyanın istənilən digər ölkəsindəki kimi aktualdır. ABŞ-da hər ştatda federal və dövlət orqanları, eləcə də sosial dəstək xidmətlərinin nizamlanmış işini nəzərdə tutan inteqrasiya olunmuş sistem fəaliyyət göstərir.

“Onlar qurbanlara sosial və psixoloji dəstək, bəzi hallarda isə maliyyə yardımı və tibbi yardım göstərmək üçün vətəndaş cəmiyyəti təşkilatları, dini qruplar, təhsil müəssisələri, sığınacaqlar, xəstəxanalarla əməkdaşlıq edir. Həmçinin, gender zorakılığına məruz qalan qurbanların yardım almaq üçün müraciət edə biləcəkləri qaynar xətlər fəaliyyət göstərir”, - deyə səfirlik rəsmisi qeyd edir.

Bricit Uolkerin fikrincə, həm məişət zorakılığı sahəsində qanunvericiliklə tənzimlənmə sistemi, həm də zorakılıq hallarının qarşısının alınması məqsədilə əhali ilə maarifləndirmə işinin aparılması eyni dərəcədə vacibdir.

“Birlikdə hərəkət etmək lazımdır. Bütün ailə üzvlərinin aqressiv davranışının məqbul olmadığını dərk etməsi, onun risk və fəsadlarını başa düşməsi, həmçinin fəlakət baş verəcəyi halda hara müraciət etməli olduqlarını bilməsi çox vacibdir”, - deyə o qeyd edir.

Gender zorakılığı ilə mübarizə mövzusu ABŞ səfirliyinin Azərbaycanla əməkdaşlığında əsas mövzulardan biridir. İş əsasən ABŞ-ın Azərbaycanda səfirliyin idarəsi altında fəaliyyət göstərən dövlət qurumları vasitəsilə aparılır. Bu qurumlardan ən böyük olanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAID).

Bricit Uolkerin qeyd etdiyi kimi, 2015-ci il tarixindən USAID Azərbaycanda fəaliyyət göstərən zorakılıq qurbanları üçün sığınacaqlara dəstək göstərir. Onlardan ikisi Bakıda, biri isə Gəncədə yerləşir. O həmçinin dedi ki, səfirliyin nümayəndələri müntəzəm olaraq həmin yerləri ziyarət edərək onların rəhbərləri ilə əlaqə saxlayır.

Rəsmi məlumatlara əsasən, son üç il ərzində USAID-in dəstəyi ilə sığınacaqlar yüzdən artıq zorakılıq qurbanına, həmçinin risk qrupunda olan mindən artıq qadına köməklik göstərib.

Fotoda: ABŞ-ın Azərbaycandakı səfirinin vəzifələrini m.i. Uilyam Gil “Təmiz dünya” sığınacağında

Qadınların iqtisadi və sosial rolunun möhkəmləndirilməsi üzrə təşəbbüslərə də böyük diqqət yetirilir. Bu xüsusilə Azərbaycanın bir çox qadınların ailədəki kişilərdən tamamilə asılı olduğu, təhsil və peşəyə malik olmadığı kəndlərində aktualdır. Bu cür asılı vəziyyət onların zorakılığa məruz qalması vəziyyətini daha da pisləşdirir.

Səfirliyin sosial şəbəkələrdəki səhifəsi aktivdir və yenilənir. Beynəlxalq kampaniya zamanı problemə həsr olunan bir neçə videoçarx dərc edilib. Bricit Uolkerin sözlərinə görə, bəzi hekayələrdə yalnız qadınlar üçün deyil, bununla məcburən üzləşən kişi və uşaqlar üçün də məişət zorakılığının mənfi fəsadları barədə danışılır.

Hekayələrdən biri ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

Bricit Uolker Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində mövcud olan tendensiyaları müsbət qiymətləndirir.

“Bu prosesin sonu olduğunu düşünmürəm, işin davam etdirilməsi vacibdir. Lakin Azərbaycanda müsbət dəyişikliklər müşahidə olunur: gender zorakılığının mövcud olduğu, onun bir problem olduğu barədə dəqiq anlayış var. Məlumatların toplanması prosesi təkmilləşdirilib.” – deyə səfirlik rəsmisi qeyd edir.

Dünyadakı bütün qadınlara müraciətində Bricit Uolker deyir:

“Beynəlxalq olsa da 16 günlük kampaniya sadəcə müvəqqəti aksiyadır. Gender zorakılığı problemi bütün il boyu müzakirə predmeti olmalı və kişilər bu müzakirələrə cəlb edilməlidir. Birlikdə zorakılığın olmadığı dünyanın yaradılmasına töhfə verə bilərik”.

Mövzu ilə bağlı oxuyun:

Komitə sədri: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”

Azərbaycanda kişilər də ailədaxili zorakılığa məruz qalırlar

Günümüzün orta əsr ənənələri: xəyanətə görə başı qırxılan qadının hekayəsinə sözardı – VİDEO

Evdə zülmkarlar. Qanuni ər arvadını zorlaya bilər? – FOTO

Yelena Ostapenko

Paylaş:
1618

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41
Bütün xəbərlər