Amerikalı ekspert: Aİ və ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir | 1news.az | Xəbərlər
Siyasət

Amerikalı ekspert: Aİ və ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir

14:28 - 12 / 07 / 2019
Amerikalı ekspert: Aİ və ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dərhal dayandırılmalıdır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azernews-a müsahibəsində deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağda silahlı münaqişənin həlli istiqamətində çox ehtiyatlı, praqmatik və ardıcıldır: "Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Tarixi mənbələr və arxeoloji tapıntılar onu göstərir ki, bu region Azərbaycan millətinin və iqtisadiyyatının ürəyi hesab olunur. Bu münaqişə bütün Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizlik üçün ciddi fəsadlar törədə bilər".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin təşviqi üçün zəruri olan addımlara gəldikdə isə P.Teys hesab edir ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və doğma yurdlarını tərk etmiş azərbaycanlı icmasının qayıtması üçün lazımi şərait yaradılmalıdır: "Bu iki şərt günahsız azərbaycanlıların qanının axmasına səbəb olmuş 30 illik silahlı münaqişənin sülh yolu ilə nizamlanmasını təmin edəcək".

Ekspert xatırladıb ki, 2018-ci ilin sentyabrında Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutub: "Düşənbə razılaşmaSı son səkkiz ay ərzində Ermənistan qoşunlarının azərbaycanlı dinc sakinlərə və əsgərlərə qarşı silahlı təxribatları səbəbi ilə dəfələrlə pozulub. Avropa İttifaqı (Aİ) və ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində cəzasız hərəkət edən Ermənistan qoşunlarının təcavüzkar fəaliyyətini aktiv şəkildə pisləməlidir. Misli olmayan susqunluq Azərbaycanın dinc sakinlərinə və hərbi postlarına atılan erməni güllələri kimi bir bəladır".

1news.az

Paylaş:
529

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər