Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb

13:29 - 10 / 11 / 2018
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb

Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi (DİN) arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin daxili işlər naziri Süleyman Soylu, bu nazirliyin QHT-lərlə əlaqələr baş idarəsinin baş direktoru Erkan Kılıç, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren və Vakflar Baş İdarəsinin başçısı Adnan Ertem ilə görüşüb.

İmzalanan Memorandumun tarixi əhəmiyyət daşıdığını bildirən nazir Süleyman Soylu əminliklə ifadə edib ki, tərəflər QHT-lərlə iş sahəsində səmərəli əməkdaşlıq etməyə qadirdir. Bunun üçün geniş imkanlar olduğu kimi, qarşılıqlı maraq doğuran əsaslar da mövcuddur.

Azay Quliyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin faydası haqqında danışıb.

Görüşlərdə Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hüquqi baza, onların işinə dövlət dəstəyi, fəaliyyətlərin düzgün istiqamətləndirilməsi yolları barədə qarşılıqlı məlumat verilib. Diqqətə çatdırılıb ki, QHT-lərin fəaliyyətinə dair birgə əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının inkişafında vacib sahədir.

Əminliklə vurğulanıb ki, imzalanan Memorandumda göstərildiyi kimi, Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə kömək edə biləcək sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşmasına yardım etmək iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin genişlənməsinə və güclənməsinə töhfə olacaq.

Tərəflər QHT-lərin birgə forumunun keçirilməsi, eləcə də Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

AZƏRTAC

Paylaş:
409

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər