Aqil Abbas: Niyə Tovuzda və ya Gəncədə biznesmenlər öz regionunun klubuna kömək edə bilmir? | 1news.az | Xəbərlər
Futbol

Aqil Abbas: Niyə Tovuzda və ya Gəncədə biznesmenlər öz regionunun klubuna kömək edə bilmir?

15:43 - 19 / 07 / 2019
Aqil Abbas: Niyə Tovuzda və ya Gəncədə biznesmenlər öz regionunun klubuna kömək edə bilmir?

Milli Məclisin deputatı Aqil Abbas Ağdamın “Qarabağ” klubunun, ümumilikdə Azərbaycan futbolunun azarkeşidir.

A.Abbas ölkə futbolunda baş verənləri şərh edərkən sərt reaksiyalardan çəkinmir. Son zamanlar isə parlamentari biznesmənləri region klublarını dəstəkləməyə çağırır.

1news.az Aqil Abbasla klublarmızın Avropa klublarında çıxışları, ölkə çempionatındakı vəziyyəti və regionlarda klubların olmaması ilə bağlı söhbət edib.

“İlk növbədə “Səbail” klubunu və baş məşqçisini yaxşı oyun nümayiş etdirməklə təbrik edirəm. Məğlubiyyətə baxmayaraq onlar sona qədər oynadılar və ruhdan düşmədilər. Futbolda hər zaman qalib gəlinmir, məğlubiyyət də olur. “Səbail”in oyunu çox xoşuma gəldi. Açığı onlardan belə oyun gözləmirdim. Sadəcə çoxlu top itirən Mirabdulla Abbasovun oyunu xoşuma gəlmədi. Ümumilikdə komandanın təcrübəsi az idi. Lakin oyundan zövq aldım.

“Qarabağ” və “Neftçi”yə gəlincə, onlara digər mərhələlərdə uğurlar arzulayıram. “Neftçi” moldovalılara (6:0) qalib gəlib. “Neftçi”nin  “Torpedo”ya necə qalib gəldiyini xatırlayıram.

Rəqiblərin gücünü artırmağın əleyhinəyəm. Çox vaxt KİV-dən “Qarabağ”ın və ya hansısa klubun güclü rəqiblə qarşılaşdığı qeyd olunur. İrlandiyalılar “Qarabağ”dan çəkinməlidir, əksinə deyil. “Qarabağ” iki il əvvəl Madridin “Atletiko”sunu Çempionlar Liqasının qrupundan çıxmağa imkan vermirdi. “Ağdamlıların” çox böyük təcrübəsi var. Bu, sadə klub deyil. Buna görə də bədbin ab-hava yaratmaq lazım deyil.

“Qarabağ”dan da, “Neftçi”dən də gözəl oyun gözləyirəm. “Qəbələ”yə gəlincə, əminəm ki, komanda bütün çətinliklərə baxmayaraq gücünü toplaya bilər. Bu, faktiki olaraq yeganə regional komandadır.

Düşünürəm ki, nəticələrin yüksəlməsilə azarkeşlər də stadionlara qayıdar. “Neftçi”nin növbəti oyununda stadionlar dolacaq. Komanda dəstəyi hiss etməlidir ki, ruhdan düşməsin. Hər zaman söyləmişəm ki, azarkeş öz komandasını stadiondan dəstəkləməlidir. Əgər stadiona getmirsənsə, futbolçulardan da nəsə tələb edə bilməzsən”.

Aqil Abbas yerli futbol ilə bağlı fikirlərini də bölüşüb:

“Gələn mövsümdən başlayaraq ölkə çempionatında klubların sayı artacaq. Əgər komandaların sayı artarsa, başqa futbol görəcəyik. İstərdim ki, çempionatda 16 komanda oynasın. Bu, rəqabəti yüksəldəcək, həmçinin milli yığmaya namizədlərin sayını artıracaq.

Lakin anlamaq lazımdır ki, Premyer Liqada komandaların sayının artımı AFFA-dan asılı deyil. Bu, ilk nömbədə regionlarda klubları dəstəkləyəcək biznesmenlərdən asılıdır. AFFA bütün klubların yükünü öz çiyinlərində daşıya bilməz. Tovuzda komandanın Premyer Liqada oynaması üçün milyon manat yoxdur? UEFA-nın tələbləri var. Sadə dillə desək, klub bir mövsümü oynaya biləcəyilə bağlı zəmanət verməlidir. Buna görə də bank hesabında pul olmalıdır. Təsəvvür edin, klub yaranmasından üç ay sonra maliyyə çatışmazlığından dağılsa nə olar? Bu, necə futboldur?

Komandaların sponsorları olmalıdır. Bir zamanlar “Qarabağ” klubu Ağdamın işgüzar adamlarının pulu hesabına 10 il dəstək alıb. Bəs nə üçün Tovuzda və ya Gəncədə imkanlı şəxslər öz regionlarının klubuna kömək etmir? Regionlarda komandaların olmaması həmin ərazilərin rəhbərləri və biznesmenləri günahkardır. Ola bilsin ki, Tovuzda 30 milyonçu var. Bu, Şəmkir və Gəncəyə də aiddir. Ağdamdan olanlar “Qarabağ”ın parçalanmasına imkan vermədi. Tovuz, Şəmkir, Lənkəran, Mingəçevirdə futbol olmayana qədər, Azərbaycanda da futbol olmayacaq.

İndi “Sumqayıt” komandasını dəstəkləyirəm. Burada yerli futbolçular çıxış edir və onlar milli komanda üçün futbolçular hazırlaya bilər. Hər bir komandanın öz yeri var”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1608

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər