Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu mühüm siyasi platformadır" | 1news.az | Xəbərlər
Siyasət

Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu mühüm siyasi platformadır"

10:46 - 28 / 06 / 2018
Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu mühüm siyasi platformadır"

"Bizim birgə məqsədimiz Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır".

1news.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçirilən toplantısında açılış nitqində deyib.

O, bu platformanın əhəmiyyətini qeyd edib: "Bu, çox mühüm platformadır. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan -"Taliban" münaqişəsinin həllinə dair əməkdaşlıqda  çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq.

Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarix, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, iqtisadiyyatın, ölkələrin inkişafı üçün bir-birinə kömək edəcək".

Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib: "Bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir.

Bu məsələ ilə bağlı digər formatlar da mövcuddur, məsələn "Tokio formatı". Hər bir formatın öz  məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır".

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümid etdiyini vurğulayıb.

"Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, nəticələrinin  gələcəkdə stabilliyin  möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq", - deyə o qeyd edib.

1news.az  

Paylaş:
849

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər