Arzu Nağıyev: Heydər Əliyev hakimiyyətə gəlişilə Azərbaycanı böyük bəlalardan xilas etdi | 1news.az | Xəbərlər
Siyasət

Arzu Nağıyev: Heydər Əliyev hakimiyyətə gəlişilə Azərbaycanı böyük bəlalardan xilas etdi

12:25 - 10 / 06 / 2019
Arzu Nağıyev: Heydər Əliyev hakimiyyətə gəlişilə Azərbaycanı böyük bəlalardan xilas etdi

Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə gəlişi ilə Azərbaycanı sözün əsil mənasında xaosdan, böyük bəlalardan xilas etdi.

Bunu 1news.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ən xaotik və qarşıdurmanın pik həddə olduğu bir dövr kimi yadda qalıb:

“Həmin günlərin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycan parçalanma vəziyyətində idi. Ölkəmizi bir neçə istiqamətdə, hətta federasiyalara bölmək istiqamətində istər xarici xüsusi xidmət orqanları, istərsə də daxildən olan olan bəzi qüvvələr addımlar atamağa çalışırdılar.

Çox acınacaqlı bir dövr idi. Ordu formalaşmamışdı, müəyyən siyasi qüvvələrin patronajı altında hərəkət edən silahlı birləşmələr mövcud idi. Təsəvvür edin ki, artıq vəziyyət o həddə çatmışdı ki, təmas xəttindən qoşunları çıxararaq öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Yeni müstəqillik qazanmış ölkəmiz belə çətin, çıxılmaz  vəziyyətlə üz-üzə idi”.

Politoloq hesab edir ki, AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəmiz üçün yaratdığı digər problemlərlə yanaşı, ən acınacaqlı məsələlərdən də biri onların kadr poblemi idi:

“Peşəkarlar işdən uzaqlaşdırılmışdı, kimlərəsə siyasət damğaları vurulmuşdu. Məhz kadr potensialının olmaması da belə bir çətin problemlər yaratmışdı. Sadəcə olaraq peşəkarlıq deyil, siyasi əqidəsinə, siyasi məsləkinə görə insanları vəzifəyə cəlb etmişdilər”.

A.Nağıyev əlavə edib ki, Heydər Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycanı sözün əsil mənasında xaosdan, böyük bəlalardan xilas etdi:

“Artıq Azərbaycan parçalanmışdı, büdcə acınacaqlı vəziyyətdə idi, SSRİ-dən tam şəkildə ayrılsaq da, hələ onların regionda nüfuzu həddən artıq çox idi. Bunların hamısını qaydasına salmaq, büdcəni formalaşdırmaq, ordu quruculuğu ilə məşğul olmaq, sonradan neft müqavilələrini bağlayaraq ordan gələn gəliri Azərbaycanın müdafiəsi üçün orduya yönəltmək, eyni zamanda dövlətin təhlükəsizliyinə təhdidin qarşısını almaq böyük siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu istiqamətdə çox mühüm, sözlə ifadə edilməyəcək dərəcədə vacib addımlar atdı”.

Politoloq vurğulayıb ki, Azərbaycan üçün tariximizdə mühüm çəkisi olan siyasətçilər var:

“20-ci əsrin sonunda ən mühüm çəkisi olan siyasətçi məhz Heydər Əliyev olub. Onun Azərbaycan üçün etdikləri onilliklər, əsrlər irəliyə hesablanmışdı. Təsəvvür edin ki, heç kim inanmırdı ki, “Əsrin müqaviləsi” imzalana bilər, heç kim inanmırdı ki, Azərbaycan Ordusu bir gün dünyanın ən güclü orduları sırasında ola bilər. Heydər Əliyevin siyasəti danılmaz bir siyasətdir. Ulu öndər  20-ci əsrin sonunda ən mühüm addımlar atan, ən çəkili siyasətçilərdən biridir”.

Politoloqa görə, Heyər Əliyevin apardığı siyasəti bu gün davam etdirən Prezident İlham Əliyev çox mühüm addımlar atıb:

“Bu həm siyasi, iqtisadi, həm hərbi istiqamətlərdə aparılan islahatlarla bağlıdr. Neft siyasətindən əldə edilən gəlirin düzgün yönəldilməsi, bunun qeyri-neft sektorunun inkişafına istiqamətləndirilməsi bu syasətin nəticəsində əldə edilib”.

1news.az

Paylaş:
1378

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər