1news.az

Avroliqada yarımfinalçılar müəyyənləşdi

19 Aprel saat 09:14 ~ 1 dəqiqəlik oxu 173
Avroliqada yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, 4 qarşılaşma ilə yarımfinalçılar bəlli olub.

"Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edib və 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.  "Valensiya" "Vilyarreal"a qalib gələrək yarımfinala yüksəlib - 2:0.

"Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Almaniya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.

"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib və 4:3 hesablı qələbə qazanıb. 

Beləliklə, "Arsenal", "Valensiya", "Ayntraxt" və "Çelsi" yarımfinala yüksəlib.

1/2 final mərhələsində "Arsenal" "Valensiya" ilə, "Ayntraxt" isə "Çelsi" ilə qarşılaşacaq.

Qeyd edək ki,  yarımfinalın görüşləri  2-9 may tarixlərində keçiriləcək.

23:00."Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1
Qol: 
Lyakazett,36
İlk oyun - 0:2

23:00."Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)- 2:0 
Qol:
 Latorre,13 Parexo, 54 
İlk oyun - 3:1

23:00."Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0 
Qollar: 
Kostik, 37, Sebastyan Rode, 67
İlk oyun - 2:4

23:00."Çelsi" (İngiltərə) - 
"Slaviya" (Çexiya) - 4:3 
Qollar: 
Pedro, 5 (1:0), Deli, 10-avtoqol (2:0), Jiru, 17 (3:0), Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Sevçik, 51 (4:2)  54 (4:3)
İlk oyun - 1:0

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net