Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib | 1news.az | Xəbərlər
İdman

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib

12:05 - 21 / 02 / 2019
Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib

Bakıda 2019-cu il iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi cırtdan və bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim edib.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan cırtdan uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilib. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşüb. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilib.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları cırtdan və cəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

S.Xankişiyeva

 

Paylaş:
1785

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06
Bütün xəbərlər