Avropa İttifaqının Bakı Limanı ilə bağlı layihəsinin açılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa İttifaqının Bakı Limanı ilə bağlı layihəsinin açılış mərasimi keçirilib

13:50 - 16 / 03 / 2018
Avropa İttifaqının Bakı Limanı ilə bağlı layihəsinin açılış mərasimi keçirilib

Bu gün “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Avropa İttifaqının” dəstəyi” layihəsinin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən layihə 2 il müddətində davam etdiriləcək.

Tədbirdə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı limanı Avropa İttifaqının aparıcı limanları, nəqliyyat və logistika şirkətləri  ilə yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq faydalıdır:

“Hazırda Bakı Limanl Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya, Sloveniya kimi dövlətlərin limanları ilə əməkdaşlıq edir. Aİ-nin dəstəyi ilə reallaşdırılan bu layihə ilə dünyanın qabaqcıl təcrübəsini regionumuza gətirmək və mövcud əməliyyat sistemini təkmilləşdirməklə yeniliklər tətbiq etmək niyyətindəyik”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə layihənin əhəmiyyətindən danışıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov deyib ki, Aİ ilə Azərbaycan gömrük orqanları bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, bu layihələrdən biri tranzitləşdirilmiş yüklərin elektron sistemə keçirilməsi ilə bağlıdır: “Bu bizə Avropa bazarlarına daxil olmağa imkan verəcək”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib ki, Bakı Limanı Aİ-nin Asiya ilə ticarət zəncirinfə mühüm yer tutur: “Sevindirici haldır ki, bu ildən Avropa yük daşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərk etmə, qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Biz Bakı limanının ən müasir təcrübə və biliklərin yiyələnməsində maraqlıyıq və bu dəstəyimizi davam etdirəcəyik”.

Daha sonra Aİ tərəfindən layihə rəhbəri, liman inkişafı üzrə ekspert Edvin Lok və ekspert Daniel Linot layihənin komponentləri və əsas nəticələrinə yönəlmiş təqdimatla çıxış ediblər.

P.Sultanova

Paylaş:
757

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər