Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir

11:26 - 14 / 12 / 2018
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir

Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə müzakirə edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir.

Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur.

Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.

Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu hesabatda vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli və müdrik siyasətinin bəhrəsidir.

Avropa parlamentinin üzvü Andrejs Mamikinis AZƏRTAC-a bildirib ki, bu sənəd çox vacibdir, Avropa İttifaqının doktrinasıdır. Sənəddə münaqişə zonalarına eyni platformadan yanaşma nəzərdə tutulub. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Bu gün qəbul etdiyimiz yekun qətnamə bu cür ikili standartlara son qoyur. İnanıram ki, artıq Avropa Parlamentinin üzvləri Azərbaycanın region üçün daşıdığı əhəmiyyəti dərk edirlər.

“Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər Avropa İttifaqı üçün prioritet məsələdir. Bu ölkələrə yanaşmada obyektiv olmalıyıq. Ölkələrə görə onların problemlərinə fərqli münasibət göstərmək məqsədəuyğun deyil. Yekun qətnamə bu çatışmazlığı aradan qaldırır. Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə hörmət ifadə edilir. Fikrimcə, bu sənəd ikili standartlardan çıxış edən yanaşmalara son qoyacaq”, - deyə Avropa Parlamentinin üzvü Səyyad Kərim bildirib.

S.Xankişiyeva

Paylaş:
321

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər