Avropa və Qərbdən mesaj: Erməni inqilabı məntiqi nəticəyə gətirilməlidir | 1news.az | Xəbərlər
Ermənistan

Avropa və Qərbdən mesaj: Erməni inqilabı məntiqi nəticəyə gətirilməlidir

10:41 - 20 / 07 / 2018
Avropa və Qərbdən mesaj: Erməni inqilabı məntiqi nəticəyə gətirilməlidir

Ermənistanın Avropadan və Qərbdən gözləntiləri özünü doğrultmadı. Baş nazir Nikol Paşinyanın Brüsseldən əliboş qayıtmasının erməni mətbuatında  müzakirələri davam edir. 

Lragir yazır ki, Qərbdə erməni inqilabına qarşı laqeyd münasibət onunla bağlı ola bilər ki, Ermənistandakı dəyişikliklər xarici siyasət istiqamətində heç bir yenilik gətirmədi.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bəyan edib ki, Ermənistana yeni böyük Amerika investisiyalarının qoyuluşu  barədə danışmaq üçün hələ çox erkəndir. Diplomatın sözlərinə görə, ABŞ investorları sərmayələr qoymaqda maraqlıdırlar, amma onlar erməni hökumətinin korrupsiyaya qarşı mübarizəsinin necə bitdiyini görmək istəyirlər.

Nikol Paşinyanın Brüsselə səfərindən sonra Avropanın ünvanına kəskin bəyanatlar səslənməkdədir. Paşinyanın sözlərinə görə, Avropadan gözləntiləri daha yüksək idi, lakin inqilabdan sonra Avropanın Ermənistana münasibəti dəyişməyib. Cavab olaraq, Aİ-nin Ermənistandakı səfiri Petr Svitelski bildirib ki, əgər Ermənistan Avropaya münasibətdə öz siyasətini dəyişmək niyyətində deyilsə, Avropa öz münasibətini necə dəyişə bilər?

"Siz deyirsiniz ki, Ermənistanın Avropa ilə bağlı siyasətində dəyişiklik olmadığı halda, Avropa münasibətində dəyişiklik etməlidir. Bunu necə birləşdirmək olar”, səfir vurğulayıb.

Bir çoxları hesab edirlər  ki, Qərbin erməni inqilabını dəstəkləməsinə baxmayaraq, ümumiyyətlə, buna laqeyd münasibət göstərir. Bu, müxtəlif şərtlərdən asılı ola bilər, lakin əsasən, Ermənistandakı dəyişiklik özündə Gürcüstan və Ukraynada olduğu kimi xarici siyasət yönümündə dəyişiklik gətirmədi.

Öz növbəsində yeni hakimiyyətlər dəfələrlə xarici siyasət strategiyasının dəyişməyəcəyini bəyan edib. Ancaq Ermənistanın geosiyasi rolu - Türkiyənin ekspansiyasının məhdudlaşdırılması, xarici siyasət istiqamətində bir dəyişiklik nəzərdə tutmur və bu, dünyada geniş konsensus meydana çıxarır.Başqa hər şey Ermənistanın daxili siyasi məsələləri hesab edilir və erməni inqilabının liderləri də  bunu da bildirirlər.

Digər tərəfdən, Qərb Ermənistanın xarici siyasət yönümündəki dəyişikliyin edilməsi barədə məsələ qoymur, hər kəs Ermənistandakı vəziyyəti başa düşür və ölkənin siyasəti geosiyasi missiyanın yerinə yetirilməsi üçün minimum şərtlərin təmin olunmasına yönəldilib. Bu şərtlərdə həyəcan və ya xəyal qırıqlığına səbəb yoxdur. İnqilab bütün cəbhələrdə davam etməlidir və məntiqi nəticəyə çatmalıdır. Yəni, yeni keyfiyyətlərlə  dövlət yaradılmalıdır. Necə ki, bunu gürcülər etdi, amma ukraynalılar edə bilmədilər, orada oliqarxik qaydalar saxlandı, yalnız Ukraynanın daha əhəmiyyətli bir geosiyasi rolu var idi.

Qərbin səfirləri- Mills və Svitelski - bu barədə açıq şəkildə danışırlar. Və bu, yaxşıdır, çünki illüziyalar və formallıqlara yer qalmır.

Rusiya buna necə reaksiya verir? Bu, çox vacib məsələ deyil, çünki Qərblə münasibətlər indiyədək Ermənistanın Rusiyaya olan münasibətlərini şərtləndirib. Bunlar Rusiyanı Ermənistanla onun "heç bir yerə getməyəcəyi" ilə bağlı məcburi əlaqəyə cəlb edə bilərmi?. Hər halda əlaqələri aydınlaşdırmağın vaxtı gəlib çatıb.

P.Sultanova

 

 

Paylaş:
555

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər