Aydın Hüseynov: Minimum əməkhaqqının artırılması vətəndaşlara verilən dəyərin göstəricisdir | 1news.az | Xəbərlər
Siyasət

Aydın Hüseynov: Minimum əməkhaqqının artırılması vətəndaşlara verilən dəyərin göstəricisdir

15:40 - 11 / 02 / 2019
Aydın Hüseynov: Minimum əməkhaqqının artırılması vətəndaşlara verilən dəyərin göstəricisdir

Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması ölkə rəhbəri tərəfindən vətəndaşlarımıza verilən dəyər və qiymətdir.

Bunu 1news.az-a Milli Məclisin deputatı Aydın Hüseynov minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Prezidentin sərəncamını şərh edərkən bildirib.

O deyib ki, cənab Prezidentin bu sərəncam 600 min nəfərə şamil olunacaq ki, bunun da 450 min nəfəri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, 150 min nəfəri isə özəl sektorda çalışan işçilərdir.

“Sərəncamın ən böyük mahiyyəti bundan ibarətdir ki, birincisi, bu, vətəndaşlarımıza olan mənəvi dayaqdır, maddi dəstəkdir. İkincisi, vətəndaşlarımıza verilən dəyər və qiymətdir.

Digər tərəfdən isə dövlət sektor ilə yanaşı, özəl sektorda da 180 manatdan aşağı maaş olmayacaq. Hətta sonrakı mərhələlərdə belə hər hansı bir müəssisə kiminsə maaşını 180 manatdan aşağı sala bilməz”.

İqtisadçı millət vəkili xatırladıb ki, dövlət büdcəsindən bu məqsədlə 400 milyon vəsait ayrılacaq ki, bu vəsaitin orta hesabla hər aya 35 milyondan yuxarı götürsək, ümumi dövriyyəyə əlavə vəsait gəlir ki, bu da xidmət sektorunda, bank sektorunda, ümumilikdə iqtisadiyyatın bu və ya digər sahəsində öz müsbət təsirini göstərəcək.

A.Hüseynov xatırladıb ki, sonrakı dövrlərdə də əmək haqqının formalaşmasında bu, bir maliyyə vahidi olaraq öz müsbət təsirini göstərəcək.

“Biz artıq görürük ki, bu kimi tədbirlər ardıcıl, sistemli şəkildə davam edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin həyata keçirdiyi siyasətin ən başlıca istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, onların maraqlarının yüksək səviyyədə ifadə olunmasıdır.

Biz görürük ki, həqiqətən də dövlətin maliyyə potensialı artdıqca, birbaşa vətəndaşlarımızın sosial rifahı da yüksəlir. Təkcə yanvar ayında həm şəhid ailələri üçün 11 min manat birdəfəlik ödəniş üçün 35 milyon manatın ayrılması, pensiyaların sığorta hssəsinin artırılması, indi minimum əmək haqqının birdən-birə 38 faiz artırılması, eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi veteranılarına, əlillərinə, məcburi köçkünlərə, qaçqın ailələrinə mənzillərin verilməsi, prblemlərinin həlli istiqamətində mühüm addımların atılması onu təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqları, onların sosial rifah halının yüksəldilməsidir”,- deyə millət vəkili əlavə edib.

P.S

Paylaş:
962

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər