Aydın Quliyev: Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı | 1news.az | Xəbərlər
Siyasət

Aydın Quliyev: Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı

13:05 - 13 / 06 / 2019
Aydın Quliyev: Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı

1993-cü il 15 iyun hadisələri qədər müstəqil Azərbaycanın tarixində dəyişdirici, yönəldici, məzmunlu və özündən sonra yeni mərhələ, dövr açan ikinci bir hadisə yoxdur.

Bunu 1news.az-a açıqlamasında siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, 93-cü ilin iyununa qədər müstəqil Azərbaycanın vəziyyəti və iyun ayından sonrakı vəziyyəti arasında çox böyük kəmiyyət və keyfiyyət fərqləri var:

“Əslində, 93-cü ilin iyun ayına qədər adı müstəqil dövlət olsa da, Azərbaycan dövlətçiliyinin müstəqilliyindən, suverenliyindən və sabahına təminatdan söhbət gedə bilməzdi. Çünki ölkədə dərin böhran, xaos hökm sürürdü. Ərazilərin bir hissəsi ermənilərin işğalı altında idi, bir hissəsinə “Talış Muğan” separatçıları nəzarət edirdilər, əhali parçalanmış vəziyyətdə idi. Demək olar ki, hakimiyyətdə olan AXC-Müsavatı təmsil edən qrup cəmiyyətin 95-98 faizinin üzərində hegemonluq etmək istəyirdi,  köhnə kommunistlər və onlarla yanaşı, cəmiyyətin bitərəfləri, hansılar ki, mütləq əksəriyyəti, təxminən 95 faiz təşkil edirdilər, onlar mövcud hakimiyyətlə, yəni AXC-Müsavat hakimiyyəti ilə bir yerdə deyildilər. Cəmiyyətlə hakimiyyət arasında dərin bir uçurum var idi”.

A.Quliyev ölkənin xarici siyasətinin də bərbad vəziyyətdə olduğunu deyib. O vurğulayıb ki, Türkiyəni çıxmaq şərtilə, Azərbaycanın region dövlətlərinin heç biri ilə normal münasibəti yox idi:

“Ermənistan düşmən idi, bu, bəlli, Gürcüstanla yaxşı münasibətlər yox idi, Rusiya ilə gərginlik var idi, İranla münasibətlər pis vəziyyətdə idi, hələ uzaq xaric ölkələri də bura əlavə etsək, ümumiyyətlə, Azərbaycan dövləti 93-cü ilə qədər dünyada sanki adı olan, amma özü olmayan bir ölkə təsiri bağışlayırdı”.

Siyasi ekspertin sözlərinə görə, ümummilli lider Heydər Əliyev üzərinə AXC-Müsavat hakimiyyətindən qalmış çox ağır bir siyasi mirası götürərək, Azərbaycanı əsil müstəqil dövlətə çevirə bildi:

“Qısa müddət ərzində Heydər Əliyevin atdığı ilk və ən böyük addım əhalinin, cəmiyyətin nəzərində müstəqil dövlətçilik ideologiyasının nüfuzunu bərpa etmək oldu. İnsanlar AXC-Müsavat hakimiyyəti dövründə o qədər xaos, iqtisadi böhran, ehtiyac, dağıntı və sabah ümidsizlik görmüşdülər ki, hətta onların nəzərində müstəqil dövlətçilik ideologiyasının özü belə sönüb getmək üzrə idi. Onlar düşünürdülər ki, əgər Azərbaycanın müstəqilliyi belə xaosdursa, qarşıdurmlardırsa, sabaha ümidsizlikdirsə, hətta çörək növbələridirsə, onda bizə belə müstəqillik gərək deyil. Heydər Əliyev cəmiyyətin nəzərində müstəqil dövlətçilik ideologiyasının bərpasından başladı. İnsanları inandırdı ki, AXC-Müsavat hakimiyyətinin olub-olmamasından, insanların həmin hakimiyyətə barışmaz münasibəindən  asılı olmayaraq, Azərbaycan müstəqil dövlət olmalıdır və müstəqil dövlətçilik davam etməlidir. Ona görə Heydər Əliyev Azəbaycanın müstəqilliyini bütün Azərbaycan xalqının ümummilli sərvəti elan etdi. Hər şey də bunun üzərində qurulmağa başladı.

93-cü ildə təbii ki, Azərbaycanda valyuta vəsaitləri, Ordu yox idi. Ulu öndərin əlində olan yeganə silah onun xalqın içindəki hörməti, nüfuzu idi. Məhz bu nüfuzun hesabına Heydər Əliyev qısa müddətdə Azərbaycan cəmiyyətini mərkəzi hakimiyyətin ətrafında cəmləşdirə bildi. Bunu elə böyük bir gücə çevirdi ki, bu gücün üzərində ölkədə sabitlik bərqərar edildi, dövlət strukturlarının fəaliyyəti bərpa olundu, cəmiyyətdəki qarşıdurmaların kökü kəsildi, Azərbaycan ərazilərində mərkəzi hakimiyyətin suverenliyi, nəzarəti təmin olundu və təbii ki, neft strategiyasının əsası qoyulmaqa, ölkəyə xaricdən valyuta axını başladı. Heydər Əliyev belə bir sxemlə əslində Azərbaycan dövlətçiliyini qurdu. Ona görə 93-cü ilə qədər Azəbaycan dövlətçiliyi formal şəkildə mövcud olsa da, amma əslində müstəqil dövlətçilikdən söhbət gedə bilməzdi.

Azərbaycanın müstəqil dövlətçiliynin instusional, iqtisadi, siyasi, psixoloji və ideoloji əsaslarını məhz Heydər Əliyev 93-cü ildən başlayaraq yaratdı”.

A.Quliyev düşünür ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ölkədə o zaman mövcud olan hakimiyyətə xalqın inamsızlığını aradan qaldırmaq,  xaosun qarşını almaq, ölkənin parçalanması, separatizmin böyük vüsət almasının qarşısını almaq mümkün olmayacaqdı. Ölkədə vətəndaş qarşıdurması davam edəcəkdi. Hətta respublikanın regionları arasında dərin ziddiyyətlər formalaşa bilərdi. Erməni işğalı daha da genişlənə, daha böyük ərazilərin itirilməsi ilə nəticələnə bilərdi. Azərbaycanın dünya miqyasında nüfuzu formalaşa, region dövlətləri ilə münasibətlər qurula bilməzi, xarci siyasəti Azərbaycan dövlətinin maraqları üzərinə qurulmaq şərtilə, indiki səviyyət gəlib çata bilməzdi. Ən əsası Heydər Əliyev hakimiyyətə gəlməsəydi, neft strategiyası indiki qədər sistemli işləyə bilməzdi.

“Tamamilə başqa bir, təsəvvür olunmaz dərəcədə ağır mənzərənin şahidi ola bilərdik. Heydər Əliyevin nə qədər ağır mirasa sahib olduğunu göz önünə gətirmək üçün yetər ki, həmin illərdə Azərbaycandakı vəziyyətə bir daha nəzər yetirək. Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı, gələcək simasını müəyyənləşdirdi”.  

1news.az

 

Paylaş:
535

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər