Aytən Mustafazadə: Azərbaycan və Türkiyə regionlararası layihənin iştirakçılarına çevriləcək | 1news.az | Xəbərlər
Siyasət

Aytən Mustafazadə: Azərbaycan və Türkiyə regionlararası layihənin iştirakçılarına çevriləcək

16:20 - 26 / 04 / 2018
Aytən Mustafazadə: Azərbaycan və Türkiyə regionlararası layihənin iştirakçılarına çevriləcək

Azərbaycan Prezidentinin inauqurasiyadan sonra ilk səfərinin Türkiyəyə olması ənənəyə çevrilib.

Bu haqda Milli Məclisin deputatı, AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə 1news.az-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanın ən başlıca strateji tərəfdaşı olmasını qeyd etməyə ehtiyac yoxdur:

“Prezident İlham Əliyev səfər vasitəsilə hər iki ölkənin bir-birinə dəstəyini beynəxalq müstəvidə göstərdi. Hazırda Türkiyəyə qarşı münasibət birmənalı deyil. Həmçinin Türkiyədə erkən parlament və prezident seçkilərilə bağlı bu səfər dəstək xarakteri daşıyır”.

A.Mustafazadə həmçinin Azərbaycan və Türkiyənin qardaş ölkə olduğunu vurğulayıb:  

“Bunu istər siyasi, istərsə də iqisadi sferalarda dəfələrlə nümayiş etdiririk. Azərbaycan hər zaman geosiyasi və geoiqtisadi layihələrində Türkiyəni yaddan çıxarmır. Türkiyə də hər zaman Azərbaycanın dəstəyinə arxalana bilər. Regionda baş verən qeyri-stabilliyi nəzər alaraq ölkələrimiz bir-birinə arxadır”.

Deputat qeyd edib ki, Türkiyə hər zaman Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərib:

“Ümid edirəm ki, bu dəstək Azərbaycanın Qarabağ məsələsində irəliləyiş etmək istədiyi zaman Türkiyənin nüfuzuna arxalana biləcək. Bununla da münaqişənin həlli istiqamətində mühüm addım atılacaq”.

Türkiyə prezidenti Ərdoğanın Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı yaxın zamanlarda TANAP-ın açılışı ilə bağlı bəyanatı şərh edərkən Mustafazadə bildirib ki, onun açılışı ilə Azərbaycan və Türkiyə regionlararası layihənin iştirakçılarına çevriləcək:

“Bu nəhəng layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyənin birgə təşəbbüsüdür. Bu da ölkəmizi dünyanın energetik xəritəsində əsas nöqtəyə çevirəcək. Bununla da ölkələrimiz  böyük tarixi missiyanı həyata keçirəcək”.

TANAP-ın rəsmi açılış mərasimi 2018-ci ilin iyununda baş tutacaq. Hazırda isə boru kəmərinn test mərhələsindədir. “Şahdəniz-2” yatağından çıxan 16 milyard kubmetr qazın TANAP vasitəsilə Türkiyə və Avropa sərhədlərinə çatdırılacaq. TANAP layihəsində 30%-i Türkiyənin BOTAS, 58% -i SOCAR-a, 12% -i BP-yə məxsusdur.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2685

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər