Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi – FOTO

16:30 - 25 / 04 / 2019
Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi – FOTO

Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər Türk Bank daha bir yeniliyi geçəkləşdirib.

Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz distant xidmətləri göstərmək məqsədi ilə tamamilə yeni platforma üzərində qurulmuş “ATB Business” internet bankçılıq xidməti onların ixtiyarına verilib.

Bankın korporativ müştəriləri bu xidmət vasitəsilə maliyyə əməliyyatlarını daha sürətli və təhlükəsiz, daha geniş imkanlarla və ən əsası, daha sərfəli şəkildə həyata keçirəcəklər. Yeni “ATB Business” xidməti digərlərindən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Son texnologiyaların tətbiqi sayəsində xidmətdən istifadə intuitiv şəkildə aparılır, bir çox hallarda qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır. Bundan başqa, yeni platforma üzərindən aparılan bütün əməliyyatlar xüsusi, endirimli tariflərlə həyata keçiriləcəkdir. Ölkədə ilk dəfə Bank bu internet bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını təqdim edir ki, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsi müştəriyə bonus ballar şəklində geri qaytarılacaqdır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.

Eyni zamanda Bank yeni “ATB Business” xidmətinə qoşulan müştəriləri hesabların və bank əməliyyatlarının statusunu canlı rejimdə izləmək imkanını verən “SMS/E-mail bildiriş” xidmətinə ödənişsiz qoşulmasını təmin edir.

“ATB Business” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə bilər. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, proqram istifadəçilərinin tək “ASAN imza” ilə deyil, mobil telefona göndərilən birdəfəlik OTP şifrələr ilə eyniləşdirməsi mümkündür. 

Bundan əlavə, “ATB Business” məhdudiyyətsiz şəkildə əlavə xidmət və opsiyaların tətbiq edilməsinə imkan yaradır ki, bunun sayəsində Bank mütəmadi olaraq müştərilərini müxtəlif yeniliklərlə sevindirməyi davam etdirəcəkdir. Yaxın gələcəkdə bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya), ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi), vergi orqanlarının məlumat bazasına inteqrasiyası və sair yeniliklərin tətbiqi nəzərdə tutulur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Reklam hüququnda

Paylaş:
838

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər