“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb - FOTO

12:28 - 23 / 04 / 2019
“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb - FOTO

“Azərbaycan Hava Yolları”nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə  Azərbaycan Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mükafat “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanmış “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimat mərasimində təqdim olunub və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.

Qeyd edək ki, “Azerbaijan Airlines” bort jurnalı 2007-ci ildən işıq üzü görür. Bu müddət ərzində nəşrdə yerli və xarici oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri və diqqətəlayiq yerləri ilə tanış edən yüzlərlə materiallar dərc edilib. İki aydan bir dövriliklə buraxılan nəşr AZAL aviaşirkətinin bütün daxili və beynəlxalq reyslərində pulsuz paylanılır. 

Onu da bildirək ki, “Azerbaijan Airlines” bort jurnalı ötən ilin dekabrında Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının nüfuzlu “Rusiyanın Qızıl Peqası” mükafatına layiq görülüb.

1news.az

Paylaş:
609

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər