Azərbaycan Avropa ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Avropa ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcək

15:52 - 30 / 01 / 2019
Azərbaycan Avropa ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcək

“Saloğlu” mebel firmasının məhsulları daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında söyləyib.

Prezident İlham Əliyevin 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə “Modern” mebel fabrikinin açılışını etdiyini, “Venzana” mebel fabrikinin təməlini qoyduğunu xatırladan T.Mustafayev qeyd edib ki, istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur.

Mebel firmasının direktoru bildirib ki, hazırda 400 nəfər işlə təmin olunub. Hədəf istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılmasıdır. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlanılıb. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək.

Tacəddin Mustafayev vurğulayıb ki, ölkəmizdə sahibkarlar üçün yaradılan əlverişli şərait nəticəsində müəssisəyə 11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün investisiya təşviqi sənədi verilib. Bundan əldə olunan vəsait istehsal fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. “Bu, biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq”.

1news.az

Paylaş:
1022

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər