Azərbaycan Beynəlxalq Bankı kapital mövqeyini III rübdə də gücləndirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kapital mövqeyini III rübdə də gücləndirib

11:05 - 15 / 10 / 2018
Azərbaycan Beynəlxalq Bankı kapital mövqeyini III rübdə də gücləndirib

Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

Müvafiq göstəricilər sağlamlaşdırma prosesini uğurla başa vuraraq yeni inkişaf mərhələsində olan bankın fəaliyyətindəki müsbət trendləri əks etdirir.

Belə ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.32 milyard manat, balans kapitalı – 1.28 milyard manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli 1.7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1.22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmdə kredit və qarantiyalar verilib. 

Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması Azərbaycan Beynəlxalq Bankının mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri – 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.

Azərbaycan Beynəlxalq Bankı maliyyə bazarında bir sıra yeni layihələrin icrasına başlayıb. İri korporativ müştərilər, kiçik və orta sahibkarlıq subyektləri, fiziki şəxslər də daxil olmaqla müxtəlif müştəri seqmentlərini əhatə edən bu layihələr bankın əsas bazar mövqelərini gücləndirməkdədir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
587

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər