Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verdi

12:00 - 07 / 12 / 2018
Azərbaycan Beynəlxalq Bankı yeni lotereya kampaniyasına start verdi

Ölkədə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində bu məqsədlə növbəti stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.

“Qış tətilini Bali adasında keçirin” devizi altında təşkil olunan kampaniyada iştirak şərtləri belədir:

- Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə istənilən ticarət-xidmət müəssisələrində POS-terminallarla, həmçinin elektron ticarət vasitəsilə ödəniş etmiş müştərilər hər 50 manatlıq ödənişə görə (və ya onun ekvivalenti) 1 UDUŞ ŞANSI QAZANACAQLAR. 50 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanır.

- Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti alan müştərilər hər 500 manatlıq kredit məbləğinə görə 1 UDUŞ ŞANSI QAZANACAQLAR.

Məsələn, əgər müştəri bankın plastik kartı ilə kampaniya müddətində 110 manatlıq ödəniş etsə, onun 2 uduş şansı yaranacaq. Yaxud bu müddətdə Bankdan 2000 manat kredit almış müştərinin  4 uduş şansı olacaq. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarının hər ikisindən istifadə edərək uduş şanslarının sayını istənilən qədər artıra bilər.

Lotereya kampaniyası 10 dekabrdan 10 yanvara qədər davam edəcək.

Uduş fondu 25 yanvar 2019-cu il tarixində bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 9 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçıya 100 manat, 15 iştirakçıya 200 manat, 10 iştirakçıya 300 manat, 5 iştirakçıya 500 manat, 3 iştirakçıya 1000 manat, 2 iştirakçıya “Samsung Galaxy S9+” telefonu, 2 iştirakçıya “Iphone X” telefonu, 2 iştirakçıya “Macbook 12 M3 256” notbuku hədiyyə veriləcək. 

BİRİNCİ YERİN QALİBİ isə BALİ ADASINA 2 nəfərlik (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ qazanacaq.

Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

Paylaş:
640

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər