Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO

16:30 - 12 / 11 / 2018
Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO

Müştərilər üçün ən əlçatan banklardan olan Azərbaycan Beynəlxalq Bankı xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə regional ofislərinin də bankın yeni konseptinə uyğun inkişafı layihəsini davam etdirir.

Layihə çərçivəsində Bankın müasir konseptinə uyğun qurulmuş daha bir xidmət ofisi - Ucar şöbəsi yeni ünvanda istifadəyə verilib.

Şöbə bundan sonra fəaliyyətini Ucar rayonu, Oğuz küçəsi - 44 ünvanında davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, müasir konseptə uyğunlaşdırılması bundan sonra da davam etdiriləcək: “Bu tədbirləri həm paytaxtda, həm də regional filial və şöbələrimizdə davam etdirəcəyik. Məqsədimiz fəaliyyətimizdə tətbiq etdiyimiz yeni xidmət standartları ilə müştəri məmnuniyyətinə nail olmaqdır. Ümid edirik ki, Bankın yenilənmiş Ucar şöbəsindəki şərait müştərilərimizin ürəyincə olacaq və bank bu regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

Ucar şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
592

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər