Azərbaycan məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI

17:39 - 16 / 07 / 2019
Azərbaycan məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal olunub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 074,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8240,0 milyon dollar, idxalın dəyəri 5834,2 milyon dollar təşkil edib. Nəticədə 2405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5,0 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2,0 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23,0 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,0 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə - 36,8 faiz, kartof - 18,2 faiz, şəkər - 3,9 faiz, tütün - 1,7 dəfə, meyvə və tərəvəz şirələri - 31,4 faiz, meyvə və tərəvəz konservləri - 11,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 28,8 faiz, pambıq lifi - 2,9 dəfə, pambıq ipliyi - 1,6 dəfə, qara metallardan yarımfabrikatlar - 5,7 dəfə, bentonit gili - 20,3 faiz artmış, çay ixracı isə 1,3 faiz, bitki yağları - 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 25,2 faiz, polietilen - 4,9 faiz, emal olunmamış alüminium - 16,3 faiz, qara metallardan borular - 77,4 faiz azalıb.

2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2019-cu ilin yanvar-may aylarında buğda idxalı 14,6 faiz, təzə meyvə - 4,6 faiz, xam şəkər və şəkər - 6,2 dəfə, kartof - 13,3 faiz, çay - 2,9 faiz, quş əti və onun əlavə məhsulları - 18,0 faiz, mal əti - 0,7 faiz, təzə tərəvəz - 39,3 faiz, minik avtomobilləri - 2,2 dəfə, qara metallardan çubuqlar - 20,7 faiz, hesablama maşınları, blok və qurğuları - 42,0 faiz, mebellər - 8,9 faiz, rezin şinlər - 3,6 faiz, polietilen - 20,0 faiz, məişət kondisionerləri - 1,9 dəfə, yük avtomobilləri - 1,7 dəfə, paltaryuyan maşınlar - 1,1 faiz, qara metallardan künclüklər - 15,9 faiz, avtobuslar - 1,9 dəfə artmış, bitki yağı idxalı isə 23,3 faiz, siqaret - 39,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 11,6 faiz, qara metallardan borular - 6,9 faiz, polad prokatı - 2,7 faiz, mineral gübrələr - 5,6 faiz, sement və sement klinkerləri - 29,5 faiz, məişət soyuducuları - 9,1 faiz azalıb.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər