Azərbaycan meşələri gənclərin timsalında müasir mühafizəçilər qazanır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan meşələri gənclərin timsalında müasir mühafizəçilər qazanır – FOTO – VİDEO

10:28 - 01 / 06 / 2018
Azərbaycan meşələri gənclərin timsalında müasir mühafizəçilər qazanır – FOTO – VİDEO

Meşələr insana yalnız estetik və mənəvi həzz vermir. Bu, həm sağlamlıq üçün təmiz hava, həm qidalanma üçün məhsul, həm müalicəvi bitkilər, həm də sənaye materialıdır.

Taxtadan məişət üçün bütün lazımi məhsullar – mebeldən tutmuş dəmir yolları üçün şpallaradək,kibrik çöpü, karandaş və kağız da hazırlanır. Lakin biz meşənin potensialının tükənməzliyi haqda çox düşünməyirik. Axı meşələrin də mühafizəyə ehtiyacı var.

Azərbaycanda son bir neçə ildə gənc meşəbəyilər hərəkatı yaradılıb. Ölkənin meşələrə yaxın regionlarından olan məktəblilər qruplarda birləşərək meşə və onun xüsusiyyətlərini öyrənərək, maarifləndirici işlər aparır.

Bu da FLEG proqramının nəticələrindən biri olaraq Şərq Tərəfdaşlığının altı ölkəsində – Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovada meşə sektorunun hüquqi icrası və idarə edilməsinin mükəmməlləşdirilməsinə yönəlib.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən proqram meşə siyasətində islahatların

dərinləşməsinə, bu sahədə qanunvericilik və inzibati məsələlərin, həmçinin meşə yanğınları və iqlim dəyişikliyi problemini əhatə edir. Layihənin ikinci mərhələsinin altı ay öncə başa çatmasına baxmayaraq, onun nəticələri indi də hiss olunur.

“FLEG proqramının aparıcı komponentlərindən biri meşə sektoru əməkdaşlarının maarifləndirilməsi və ixtisasının artırılması oldu. Altı il fəaliyyət zamanı gənclərdə meşə mövzusuna maraq oyatmağa müvəffəq olduq: meşəyə sevgi göstərmək, meşələrə böyük zənginlik kimi qayğı göstərmək”, – FLEG proqramının milli koordinatoru Azər Qarayev bildirib.

Nəzərə alsaq ki, Azərbaycanda meşələrin sənaye istismarı yoxdur, meşələr üçün əsas təhlükə mənbəyi insan fəaliyyətinin zərərli təsiridir. Xüsusilə də çirkləndirmə, ağacların qanunsuz kəsilməsi, həmçinin iribuynuzlu heyvanların həddindən artıq otarılmasıdır. Koordinatorun sözlərinə görə, proqramın başlıca vəzifəsi əhalinin maarifləndirilməsidir.

“Yerli sakinlərə meşələrlə qeyri-düzgün rəftarın zərərlərini rəqəm və faktlarla izah etmək vacib idi. Meşə resurslarının yoxsullaşması isə elə yerli sakinlərin sosial-iqtisadi ziyanına da səbəb olur. Yəni bu, qarşılıqlı prosesdir”, – deyə o, bildirib.

Fotoda: Gənc meşəbəyilərin I Beynəlxalq yay düşərgəsi, Azərbaycan, Qax, 2015-ci il.

Azərbaycanın şimal və şimal-qərb rayonlarında meşələrin sıx olduğu – Quba, İsmayıllı, Qax, Zaqatalada gənc meşəbəyi dəstələri maarifləndirmə işləri ilə məşğul oldu. Gənc meşəbəyi dəstələrində 11-17 yaş arası uşaqlar olmaqla, 10-15 nəfər iştirak edib.

Azərbaycan Təhsil Nazirliyinin nəzdində Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi məktəbi meşə inkişafının təşviqində yardımçı olub. Mərkəzin nümayəndəsi Lalə Dadaşova bildirib ki, Qax rayonundan olan məktəblilər istirahət edənlər tərəfindən meşələrə vurulan ziyanı qiymətləndirərək sosial layihə təklif ediblər.

Layihənin mahiyyəti turistlər üçün marşrutda – “Ekoloji meşə cığırı” uşaqlar tərəfindən peşəkar meşəbəyilərin köməyilə xüsusi işarələr yerləşdirməsindədir. İşarələrin üzərindəki məlumatlar istirahət edənlər üçün meşələrdə elementar davranış qaydalarını xatırladır – özündən sonra zibilin yığışdırılması, meşə heyvanlarını narahat etməmək, odla ehtiyatlı olmaq və s. Turistlətərə həmçinin “Ekoloji meşə cığır” xəritəsi də təqdim olunub.

“Təəssüflər olsun ki, bir çox insanlar səhlənkar davranışları ilə meşələrə vurduğu ziyanı anlamırlar. Buna görə də turistlərə meşə gəzintisi üçün maksimal dərəcədə rahat marşrut təklif etdik”, – layihə müəlliflərindən biri Ayla Əliyeva bildirib.

Layihə 2014-cü ildə Sankt-Peterburqda keçirilmiş Gənclər üçün Beynəlxalq Müsabiqədə iştirak zamanı təsdiqlənib. Orada dünyanın bütün ölkələrindən gənc və peşəkar meşəbəyilər toplaşaraq, vətənlərində meşələrin mühafizəsi ilə bağlı nailiyyət və innovasiyalardan bəhs ediblər. Münsiflər heyəti “Ekoloji meşə cığır” ideyasını qiymətləndiriblər və Qaxdan olan komanda bürünc medala layiq görülüb.

Əslən Qaxdan olan Ayla Əliyeva bildirib ki, FLEG proqramı ilə tanışlıq onu doğma meşələrə başqa cür baxmağa, burada baş verən prosesləri başa düşməyə, təhlükəli tendensiyaları aşkara çıxarmağa kömək edərək, digər ölkələrdən olan həmfikirləri ilə yaxınlaşmasına səbəb oldu.

“Həvəskar baxışla meşə çox gözəl görünə bilər. Lakin ekoloji prosesləri anlayanda meşədə təhlükə işarələrini aydınlaşdıra bilərsən. Gənc meşəbəyilər kimi istəmirik ki, bu proseslər öz axarında davam etsin”, – deyə o, bildirib.

FLEG-də iştirak zamanı Aylanın 19 yaşı vardı. Layihədən 2 il keçib, hazırda isə o, paytaxt universitetlərindən birində tələbədir. Digər sahədən peşə seçməsinə baxmayaraq, Ayla hələ də ekologiya ilə fəal surətdə məşğul olur. Ekoloji təşkilatın üzvü olaraq ali məktəbdə plastik qabların xüsusi kanteynerlərə yığılması və təkrar emalı ilə bağlı sosial layihə aparır.

Fotoda: Layihənin iştirakçısı Ayla Əliyeva

FLEG layihəsi İsmayıllının İvanovka kəndindən olan gənc meşəbəyi fəallarından biri – Timofey Prokofyevin həyatında yeni yol açdı.

O, Sankt-Peterburqda keçirilmiş Gənc meşəbəyilər üçün müsabiqədə komandasının İsmayıllı meşəsində yanğından mühafizə işinin təqdimatı ilə bağlı çıxış edib. İş münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və Timofey Rusiyada aqrar universitetdə təhsil almaq imkanı əldə etdi.

Gənc öz peşəkar fəaliyyətini meşə idarə etməsiylə bağlamağa qərar verib: o, vəzifələrinə meşə tədbir planının addım-addım icrası üçün resursların düzgün bölgüsü daxil olan meşə təsərrüfatı üzrə mühəndis kimi görür.

Timofey əmindir ki, meşələrin uzunmüddətli perspektivdə mühafizə işində gənclərin maarfiləndirilməsi vacibdir. Və bu, maarifləndirici tərəf kimi gənclərin çıxış etməsi də daha effektivdir: “Təcrübə göstərir ki, gənclər böyüklərdən daha çox həmyaşıdlarının fikilərinə diqqət yetirirlər”.

Timofey və Ayla Böyük Qafqaz dağlarının yamaclarında yerləşən Azərbaycanın Qax rayonunda təşkil edilmiş FLEG layihəsi çərçivəsində gənc meşəbəyiləri üçün beynəlxalq yay düşərgəsinin iştirakçıları olub.

2015-ci ilin avqustunda “Təbiətə yaxın olmaq” şüarı ilə keçirilmiş düşərgə FLEG proqramının iştirakçı-ölkələrindən 30 gənc meşəbəyini öz ətrafında toplaya bilib.

Fotoda: Layihənin iştirakçısı Timofey Prokofyev

Azərbaycan ərazisinin 11,8%-i meşə zolağı ilə örtülüb ki, bu da orta göstəricidən aşağı rəqəmdir. Meşələrin böyük hissəsi regionun dağlıq ərazilərində, 5%-i isə Aran bölgəsində yerləşir.

Meşələrin üstünlüyü nadir ağac növlərinin olmasında, eləcə də su və topaq mühafizəsi funksiyasında çıxış edərək iqlimi tənzimləyir. Ölkədə bu sahə üzrə mütəxxəsis çatışmazlığı var. Meşə texnikumu hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ağdamda idi. Hazırda meşə üzrə mütəxxəsisin hazırlanması ilə bağlı iki texnikum var – Şamaxı və Tovuzda. Lakin hər iki müəssisə ümumi ekologiya və ya aqrar sahə üzrədir, burada meşə idarəetməsi üzrə sadəcə bir kafedra fəaliyyət göstərir.

“Meşə təsərrüfatı üzrə ali məktəb məzunları yoxdursa, deməli burada orta səviyyəli mütəxxəsislər hiss olunur. Meşə mühafizəçisi peşəsinə təcrübə vasitəsilə yiyələnən hazırlıqsız insanlar çalışır”, – deyə koordiantor Azər Qarayev bildirib.

Bu, FLEG komandasını ixtisaslaşdırılmış tədris vəsaitlərinin hazırlanmasına sövq etdi. Ümumilikdə Təhsil Nazirliyi tərəfindən – müəllimlər, şagirdlər, tələbələr, peşə-texniki təhsil və ali məktəblər üçün altı yeni dərslik təsdiqlənərək tədris proqramına tətbiq edildi.

Meşə təsərrüfatı sahəsində gənclərdə marağın artmasını nailiyyət adlandırmaq olar. Meşə təssərüfatı üzrə Respublika Mərkəzinin mütəxxəsisi Lalə Dadaşovanın məlumatına əsasən, 5 il öncə Tovuzda meşəşünaslıq fakültəsi üzrə 9 tələbə təhsil alırdısa, hazırda onların sayı 14 nəfərə çatıb:

“Bununla yanaşı, əvvəllər meşəşünaslıq fakültəsi üzrə daxil olanlar istədikləri fakültədə uyğun bal toplamayan tələbələr idisə, hazırda isə meşə təsərrüfatı dərk edilərək seçilmiş peşədir”.

Təhsil sistemin müasirləşdirilməsi, xüsusilə də peşə-texniki təhsilin bərpası – 2020-ci ilədək Azərbaycanla Aİ arasında ikitərəfli münasibətlərin prioritet sahələrindəndir.

Fotoda: FLEG-in milli koordinatoru Azər Qarayev, Azərbaycan, Qax, 2015-ci il.

FLEG layihəsi təhsilin inkişafı ilə yanaşı, digər nəticələr də əldə edib. Azərbaycanın meşələrinə antropogen təsirləri təhlil edərkən aydın olub ki, evlərin isidilməsi üçün yerli sakinlər tərəfindən ağacların kütləvi surətdə qanunsuz kəsiminin səbəbi kənd yerlərində energetika səmərəsizliyindən irəli gəlir.

“Kənd yerlərində evlərin 90%-inin qazlaşdırılmasına baxmayaraq, sakinlər hələ də evlərin isidilməsində odundan istifadə edir. Çünki tikinti zamanı enerji qoruyucu texnologiyalardan istifadə edilmir. Buna görə də, qışda dağlıq ərazilərdə evlərin isidilməsi üçün qazın istifadəsi kəndlinin gücü çatan məbləğ deyil”, – Azər Qarayev sözlərinə aydınlıq gətirib.

Həmçinin layihə çərçivəsində Azərbaycanda mövcud Meşə Məcəlləsi analiz edilib və meşə sahəsinin işçiləri üçün irimiqyaslı dərsliklər hazırlanıb. Burada meşə qanunvericiliyi üzrə istiqamətin asanlaşdırılması üçün bütün qanunlar, normativlər və nizamnamələr bir araya gətirilib.

Paralel olaraq 1997-ci ildə təsdiqlənmiş Azərbaycanın Meşə Məcəlləsinin müasirləşdirilməsiüçün tövsiyələr də hazırlanıb. Azər Qarayevin sözlərinə görə, hazırki məcəllə “fiziki və mənəvi” baxımdan köhnəlib və bugünkü günün ehtiyaclarını ödəmir. FLEG layihəsi çərçivəsində hazırlanmış tövsiyələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baxılmasına təqdim edilib.

Aİ həm Azərbaycanda, həm də digər qonşu tərəfdaş dövlətlərdə ekologiya və təbii sərvətlərin keyfiyyətli həyat şəraiti üçün qorunması və iqtisadiyyatın möhkəmlənməsi üçün səylərini dəstəkləyir. Ekoloji siyasətin mükəmməlləşdirilməsi üçün birgə səylər başlıca olaraq iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılmasına və ekosistemlərin qorunmasına istiqamətlənib.

Fotoda: Gənc meşəbəyilərin I Beynəlxalq yay düşərgəsi, Azərbaycan, Qax, 2015-ci il.

Müəllif: Yelena Ostapenko

Tərcümə: Samirə Xankişiyeva

Məqalə “EU Neighbours east” layihəsi çərçivəsində yazılıb.

 

 

Paylaş:
1853

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər