Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb

13:07 - 25 / 04 / 2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak üçün Pekinə səfərini və keçirdiyi görüşlərə geniş yer ayırıb.

1news.az xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik rəsmi “Jenmin Jibao” qəzeti, bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşlərinə dair bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.

Bundan başqa, Sinxua agentliyi Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.

Materiallarda Azərbaycanın Avrasiya regionunda Çinin vacib tərəfdaşı olmasından, ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakından bəhs edilir. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. "Bir kəmər, bir yol" strategiyası iki ölkənin əməkdaşlığı üçün yeni və geniş imkanlar yaradır.

1news.az

Paylaş:
489

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər