Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

15:33 - 22 / 06 / 2019
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır.

Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilmişdir ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir.

Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir. 

Paylaş:
448

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34
Bütün xəbərlər