Azərbaycan səfirliyinin əməkdaşları Fuad Abbasovla görüşüblər
Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, cari ilin 20 may tarixində səfirliyin konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasovla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.
Bu barədə 1news.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür, məsələ diplomatik korpusun nəzarətindədir.
Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
P.S.
524