Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir – FOTO

10:26 - 19 / 02 / 2019
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir – FOTO

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı qonaqlar AZAL prezidenti Cahangir Əsgərovla görüş keçirmişdirlər. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə etmişdirlər.

AZAL prezidenti vurğulamışdır ki, Azərbaycanın Milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın Milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət “Buta Airways”in əsası qoyulmuşdur. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Cahangir Əsgərovun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın ərazisi elə də böyük deyil, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards"un ən yüksək – “5 Ulduz” mükafatına layiq görülmüşdür. Bakı hava limanı həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq etmişdir.

AZAL prezidenti xüsusilə vurğulamışdır ki, xarici aviaşirkətlər  Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcəkdir.

Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş etmişdir. Henrik Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkili sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirmişdir.

Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur və Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımaların özünəməxsus əlaqələndirici qovşağına çevrilmişdir.

Avropa Komissiyasının nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olmuşdur. Qonaqlar həmçinin yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət etmişdirlər.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan vermişdir. AZANS 2018-ci ildə CANSO EUROPE Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilmişdir və Avropa Hava Məkanının gələcək arxitekturasının işlənib hazırlanmasında fəal iştirak edir.

S.Xankişiyeva

 

Paylaş:
600

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18
Bütün xəbərlər