Azərbaycan və Ermənistanın XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcək
Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Nyu-Yorkda görüşəcəklər.
1news.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək.
P.Sultanova
347