Azərbaycan və Paraqvay XİN rəhbərləri məktub mübadiləsi həyata keçirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Paraqvay XİN rəhbərləri məktub mübadiləsi həyata keçirib

12:11 - 21 / 05 / 2019
Azərbaycan və Paraqvay XİN rəhbərləri məktub mübadiləsi həyata keçirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Paraqvay xarici işlər naziri Luis Alberto Kastilyoni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

1news.az-a XİN-dən verilən məlumata görə,  nazir Elmar Məmmədyarov məktubda Azərbaycanla Paraqvay arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Luis Alberto Kastilyonini təbrik edib.

Məktubda Elmar Məmmədyarov son illər ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu qeyd edib.

Azərbaycan və Paraqvayın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olundu. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Paraqvay Respublikasının ölkəmizə mühüm dəstəyi xüsusi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Paraqvaya fəxri konsul təyin etməsi ilə bağlı son qərarın iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyindən və hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Paraqvay Respublikasının xarici işlər naziri Luis Alberto Kastilyoni xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

O, hökümətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq dinamik fəaliyyətə sadiqliyini bəyan edərək, ölkələrimizi birləşdirən xoşniyyətli əlaqələrin davamlı olmasını arzuladı.

Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlər 20 aprel 2004-cü ildə qurulmuşdur.

1news.az

 

 

Paylaş:
335

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər