1news.az

Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

18 Oktyabr saat 16:13 ~ 2 dəqiqəlik oxu 57
Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

18 oktyabr tarixində Bakıda Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən isə Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər.

Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türmənistan münasibətlərinin inkişafı prioritetlərinin Dövlət başçıları tərəfindən müəyyən edildiyini vurğulayıblar.

Bu xüsusda, R.Meredov ölkəmizə etdiyi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə vurğulayıb.   

M.Məmmədyarov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onların ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında müvqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Məsləhətləşmələr çərçivəsində tərəflər siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirəələr aparılıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkib.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Görüş əsnasında R.Meredov beynəlxalq təşkilatlarda, ilk növbədə BMT sisteminə daxil olan qurumlarda Türkmənistanın təşəbbüslərinin nəinki sadəcə dəstəklənməsi, bir çox hallarda onlara həmmüəlif olaraq qoşulmasına görə Azərbaycan tərəfinə dərin təşəkkür bildirdi.

Nazir E.Məmmədyarov öz tərəfindən beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə, ən başlıcası isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə etdi.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərməsi,  ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edildi.

Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan Respublikasının XİN-i və Türkmənistanın XİN-i arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzanandı.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net