Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

12:00 - 12 / 12 / 2018
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarı önündən keçərək xatirəsini ehtiramla anırlar. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - hərbçilər, təhsil, mədəniyyət və tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər və başqaları var.

Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Hazırda təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.

Fəxri xiyabana insan axını davam edir. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirlər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01
Bütün xəbərlər