Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO
Bu gün Azərbaycanın futbol üzrə yığmasını Millətlər Liqası çərçivəsində səfər oyunu gözləyir.
1news.az-ın verdiyi xəbərə görə, milli komandamız Maltaya səfər edib.
Millətlər Liqası – tamamilə başqa turnirdir. D Divizyonunda bərabər gücə malik komandalar Avropa çempionatı uğrunda mübarizə aparır. Və yaxşı anlayırlar ki, final mərhələsi üçün bundan yaxşı şans yoxdur.
Məhz buna görə də, Malta yığması bu gün həlledici oyuna çıxacaq. Məğlubiyyət onları uğurlu nəticədən kənarlaşdıracaq.
Azərbaycan Malta ilə oyunun favoritidir. Sonuncu dəfə, milli komandamız Robert Prosineçkonun rəhbərliyi ilə ada dövlətin qonağı üç il əvvəl olub. Bu vaxt hesab heç-heçə sonlanıb (2:2). Azərbaycan yığması ikinci turdan sonra Kosovadan geri qalmamalıdır. Belə ki, başlıca rəqiblə mübarizə qrupdan çıxmaqla nəticlənir.
Azərbaycan Avropa futbolunda möhtəşəm deyil, lakin rəqiblərin də gücünü şişirtmək lazım deyil. Kosovonun qiymətləndirərək, buna görə də üç xaldan məhrum olmuşuq.
Dünən matçdan önçə mətbuat konfransı zamanı Qurban Qurbanov dedi ki, yığmamız Maltaya qələbə qazanmaq üçün gəlib. Bununla yanaşı, milli yığmamızın baş məşqçisi öz bəyanatlarında ehtiyat edərək bildirdi ki, onları çətin oyun gözləyir.
Bir çoxlarını əlbəttə, yığmanın ilk tərkibi maraqlandırır. Dünən Qurban Qurbanov bildirib ki, kiçik dəyişikliklər olacaq. Meydana ilk olaraq Emin Mahmudovu əvəzləyəcək Dmitriy Nazarov çıxacaq. Nəzərə alsaq ki, yığmamız qələbə qazanmaq üçün oynayacaq, əvəzlənmə tam yerindədir.
1news.az həmçinin futbol eksperti Erkin İbrahimovla söhbət edib. Ekspert yığmanın Kosovoya qarşı oyununu qiymətləndirərək, Malta ilə oyundan gözləntilərdən danışıb:
“Kosovo ilə heç-heçəni nəticə adlandırmaq olar. Lakin oyunun keyfiyyəti daha yüksək nəticələri gözləyirdi. Kosovo söylənildiyi kimi güclü yığma deyil. Onların yığmasında 3-4 futbolçu fərqlənib. Ümid edirəm ki, Millətlər Liqasının gələcək oyunlarında yığmamız daha güclü və kreativ oynayacaq.
Oyunun ilk dəqiqələrində Dmitriy Nazarovun meydana çıxması zamanı yaxşı oldu. Əgər Şeydayev belə passiv oynamaqda davam edərsə, çətin ki o, öz klubunun ilkin təkibinə düşə bilsin. Hücumdan fərqli olaraq, müdafiə xətti daha sevindirici idi. Onlar qarşıya qoyulmuş tapşırıları yerinə yetirə bildi.
Qurban Qurbanov matçdan sonra bununla trazılaşmasa da, düşünürəm ki, ilkin tərkibdə problemlər oldu. Ruslan Qrubanov Malta ilə oyunda olmayacaq. Bu, məşqçilərin seçimlərinin səhv olduqlarını bildirir.
Əgər Azərbaycan Malta ilə oyunda qələbə qazansa, hər kəs Kosovo ilə məğlubiyyəti unudacaq. Bu gün Maltanın zəif yığma olduğunu söyləmək olar. Mən Qurbanovun burada iki oyun uduzaraq, qrupdan uzaqlaşma fikri ilə razılaşmıram. Nəzəri olaraq bu mümkün olsa da, təcrübə baxımından çətin ki, alınsın. Bundan sonra yığmamızı Farer adaları ilə iki oyun gözləyir. Əgər qrupdan çıxmaq istəyiriksə, o zaman bu oyunlardan 6 xal toplamalıyıq”.
Tərcümə: S.Xankişiyeva