Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar

23:37 - 26 / 04 / 2018
Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar

1986-cı il aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu həmin insanların, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericiliyin formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə, onlara yönələn dövlət qayğısının artırılmasına səbəb olub.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olanlar olmaqla iki kateqoriya üzrə müəyyən ediliblər.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olan vətəndaşlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilməklə, Azərbaycan Prezidentinin müharibə əlilləri üçün nəzərdə tutulan təqaüdü onlara da şamil olunur. Dövlət başçısının 2018-ci il 19 fevral tarixli Sərəncamı ilə həmin təqaüdün məbləği növbəti dəfə artırılaraq, cari il martın 1-dən I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün isə 110 manatdan 121 manata çatdırılıb. Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu təbəqədən olan 200 nəfərə yaxın şəxsə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Onlar, eyni zamanda, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əmək pensiyası almaq hüququ olmayanlar isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həmin sosial ödənişlərin də cari ildə növbəti dəfə artırılması təmin edilib.

Çernobıl əlillərinin müalicəsi də diqqətdə saxlanılır. Bu məqsədlə onlara ildə bir dəfə birdəfəlik müavinət, I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinət də ödənilir. Çernobıl əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

1news.az

Paylaş:
475

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər