1news.az

Azərbaycanda məmur faciəvi şəkildə öldü

14 May saat 11:28 ~ 1 dəqiqəlik oxu 75
Azərbaycanda məmur faciəvi şəkildə öldü

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

1news.az Buta.media-ya istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib.

Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi. O, eyni zamanda, icra başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net