Azərbaycanda www.blink.az universal xidmətlər platforması istifadəyə verildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda www.blink.az universal xidmətlər platforması istifadəyə verildi – FOTO

10:00 - 10 / 07 / 2018
Azərbaycanda www.blink.az universal xidmətlər platforması istifadəyə verildi – FOTO

www.blink.az ünvanında Azərbaycanda universal xidmətlər platforması fəaliyyətə başladı.

Sayt müxtəlif işlərə ehtiyacı olanlar və bu işləri icra edən şəxslər üçün istifadəyə verilib.

Resursların istifadəsi sürətli, effektli və sadə olan bu sayt özündə sifarişçilərin və icraçıların tələb və təkliflərini birləşdirir.

Hər kəs gündəlik həyatda elə vəziyyətlə qarşılaşır ki, ixtisaslı mütəxxəsislərin köməyi ilə məsələlərin həlli həyatı asanlaşdıra və maddi vəsaitlərə qənaət etmiş olar. Evlərin təmizlənməsi, yemək hazırlanması, avtomobil təmiri, tərcümə, dizayn işləri və s işlərlə hər birimiz qarşılaşa bilirik.

Ətrafda tez-tez “Təcili santexnika ustası lazımdır!”, “Avtomobil almaq istəyirəm, lakin təcrübəli məsləhətçi tapa bilmədim!”, “Bilmirsiniz, Bakıda ucuz əl işləri oyuncaqlarını kim hazırlayır?” “Kompyuterim yüklənmir. Kim kömək edə bilər?”, “Referat yazmalıyam məsləhətə ehtiyacım var” kimi ehtiyaclarla qarşılaşırıq.

Müasir vaxtda gündəlik həyatımızda qarşılaşdığımız məsələləri sərfəli qiymətlərlə və keyfiyyətlə həll edəcək şəxsləri necə tapmaq və ya xidmətləri ehtiyacı olan şəxslərə necə təklif etmək olar?

Tanışların tövsiyələri, çoxsaylı elan saytları, sosial şəbəkə hər zaman lazımı köməyi göstərə bilmir.

Blink.az hər kəsin qarşılaşdığı bu cür vəziyyətləri ani olaraq dəyişir. Hər kəs işlərini həll etmək üçün ən doğru şəxsləri tapa və ya hobbisini bir anda ciddi qazanca çevirə bilər.

Blink.az sifarişçilər və icraçılar arasında ən asan körpüdür. Sifarişçilər vaxta və vəsaitlərə qənaət etməklə tələbə ən uyğun icraçıları tapırlar. Xidmətlərini təklif edən icraçılara isə blink.az, daha çox qazanmaq, müştəri bazasını genişləndirmək, peşəkarlığı artırmağa böyük imkanlar yaradır.

Saytı istifadə etmək kifayət qədər asandır. Xidmətləri təklif edən istifadəçi-icraçılar saytda profillərini qeydiyyatdan keçirməli, xidmət katerqoriyasını müəyyənləşdirməli, məlumatları qeyd etməli, portfolio və əlaqə məlumatlarını qeyd etməlidirlər. Qeydiyyat anından etibarən hər bir istifadəçi-icraçı öz kateqoriyasında hər bir sifarişlər haqqında məlumatlandırılacaq.

İstifadəçi-sifarişçi sayta daxil olaraq ona lazım olan kateroriya daxilində istədiyi xidmət haqqında məlumat yaza bilər. İcraçılar tələb haqqında məlumatı alır və potensial sifarişçiyə tələbə uyğun təkliflərini göndərə bilər. Beləliklə sifarişçi öz tələbinə uyğun təkliflərin hamısını nəzərdən keçirərək icraçıların hər biri ilə saytın çat-sistemi vasitəsilə əlaqə qurmaqla daha sərfəli mütəxəsislə anlaşa bilmək imkanı əldə edir.

Sifarişçilərin və icraçıların səmərəliliyini qiymətləndirmək üçün saytda reytinq sistemi tətbiq olunub.

Bir çoxları əlavə qazanc mənbəyi axtarışlarındadır. Tanış mühasib eyni zamanda bir neçə firma üçün məsləhətçi xidmətləri göstərməkdədir, müəllim eyni zamanda evlərdə yemək bişirmək xidmətləri təklif edir, jurnalist asudə vaxtlarında ekskursiyalar aparır və s. Onların hamısı bunları edə bilir, bunun üçün vaxtları, istəkləri, bacarıqları və təcrübələri vardır. Sizin isə onların təklif etdiyi xidmətlərə ehtiyacınız vardır. Odur ki, Blink.az sizlərə bir-birinizi tapmağınıza kömək edir.

www.blink.az saytnda qeydiyyatdan keçməklə bir-birinə lazımlı insanların şəbəkəsinə qoşulun.

Reklam hüququnda

Paylaş:
1186

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər