Azərbaycanın UNICEF-lə tərəfdaşlığına və uşaqlara həsr olunmuş poçt markası nəşr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın UNICEF-lə tərəfdaşlığına və uşaqlara həsr olunmuş poçt markası nəşr edilib

16:20 - 11 / 12 / 2018
Azərbaycanın UNICEF-lə tərəfdaşlığına və uşaqlara həsr olunmuş poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib.

1news.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.

Mərasimdə E.Karvardin bildirib ki, UNICEF Azərbaycandakı fəaliyyətinin dörddə bir əsrini qeyd etməkdən qürur duyur:

“Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq olaraq qalır. UNICEF-in Azərbaycandakı hər bir uşaq naminə ötən 25 ildəki fəaliyyət və tərəfdaşlığını qeyd etmək üçün hökumətin bu hədiyyəsini qəbul etməkdən xoşbəxtlik duyuruq”.

Qeyd olunub ki, bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını  poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Nəzərinizə çatdıraq ki, Azərbaycan 1992-ci ildə dünyada Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. UNICEF-in ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulub.

Ötən müddət ərzində UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycandakı uşaq və qadınlar naminə ciddi irəliləyişə töhfə verib. Bu fəaliyyətlər arasında Azərbaycanın poliomielit xəstəliyindən azad ölkəyə çevrilməsinə kömək edilməsi və digər qarşısı alına bilən xəstəliklərin yayılmasının azaldılması, inkişaf ləngiməsi kimi halları azaltmaq üçün bütün ölkədə duzun yodlaşdırılmasının tətbiqi, ibtidai məktəbdə iştirak səviyyəsinin 90%-dən yuxarı çatdırılması, beşyaşlı uşaqlar üçün məktəbə ilkin hazırlıq proqramının tətbiqi və dövlət uşaq müəssisələrində yaşayan uşaqların sayının yarıya endirilməsi kimi məsələləri qeyd etmək olar.

Məlumat üçün bildirək ki, UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə hər bir uşağın hüquqlarını və rifahını dəstəkləyir. Biz bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün tərəfdaşlarımızla birlikdə 190 ölkədə və ərazidə fəaliyyət göstəririk və bu fəaliyyətimiz zamanı hər yerdə bütün uşaqların maraqları naminə diqqət mərkəzimizdə ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqların əhatə olunmasına xüsusi səy göstərilməsi dayanır.

1news.az

Paylaş:
841

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər