Azərbaycanın əməkdar jurnalisti vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın əməkdar jurnalisti vəfat edib

13:59 - 03 / 12 / 2017
Azərbaycanın əməkdar jurnalisti vəfat edib

Bu gün Azərbaycanın Əməkdar jurnalisti Tatyana Çaladze vəfat edib.

1news.az İnformasiya Agentliyinin rəhbərliyi məşhur jurnalistin vəfatı ilə bağlı başsağlığı verir.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, bir sıra jurnalistlərlə yanaşı T.Çaladzeyə də Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” adı verilib.

Xatırladaq ki, Latviyada anadan olmuş və böyümüş T.Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib. 1992-ci ilin sonlarında Dağlıq Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, yaralanıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

Paylaş:
1095

Son xəbərlər

Bütün xəbərlər