Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

11:14 - 18 / 02 / 2019
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
1news.az
-ın məlumatına görə, görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.
Sərgi zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə də görüşüb.
Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

1news.az

Paylaş:
364

Son xəbərlər

“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32
Bütün xəbərlər