Azərbaycanla San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulub
Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib.
BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar.
P.Sultanova
422