Azərbaycanlı dostlardan dəhşətli əməl: əkiz bacıları zorladıqdan sonra... | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı dostlardan dəhşətli əməl: əkiz bacıları zorladıqdan sonra...

11:25 - 06 / 07 / 2018
Azərbaycanlı dostlardan dəhşətli əməl: əkiz bacıları zorladıqdan sonra...

Uqanda əsilli 31 yaşlı Violet Nantabanın öldürülməsi və əkiz bacısı Beatris Babirinin cinsi və fiziki hücuma məruz qalması ilə bağlı başlanan məhkəmə prosesində qərar verilib. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, cinayətdə ittiham olunan azərbaycanlılar Sunay Həsənov və Kənan Rəfiyev ömürlük azadlıqdan məhrum olunub. 

Kənan Rəfiyev son sözündə cinayət ittihamını qəbul etmədiyini bildirib:

“Öldürməmişəm və cinsi təcavüz etməmişəm. Bəraət istəyirəm”.

Sunay Həsənov da məhkəmədən bəraət istəyib. 

Məlumata görə, Violet və Beatris Türkiyəyə turist kimi gəlib və İstanbulda - Aksarayda kirayə ev tutub. Ölkələrinə geri qayıtmaq üçün qızlar pul qarşılığında cinsi əlaqəyə girməyə razılıb veriblər.

Onlar 2016-cı il avqustun 31-də Kənan və Sunayla 340 lirə qarşılığında cinsi əlaqəyə giriblər. 

Violet Sunayla, Beatris isə Kənanla əlaqəyə girib. Kənan intim əlaqədən sonra Beatrisin üzünə yumruq vuraraq, ikinci dəfə əlaqədə olub. Beatris qışqırdıqda isə onun telefonunu və cibindəki 300 lirəsini götürüb.

Səsi eşidən Violet bacısının olduğu otağa gəlib. Kənan onu da döyüb. Daha sonra Kənan Sunaya “Sakitləşdir bunu, heç kim eşitməsin” deyib. Bu zaman Sunay ventilyatorun kabeli ilə Violeti boğub. 

Evdən qaçan hər iki şübhəli Azərbaycana qayıtmaq üçün mindikləri avtobusda yaxalanıb. 

1news.az

 

Paylaş:
1230

Son xəbərlər

Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41
Bütün xəbərlər