Azərbaycanlı futbolçuların maşınları: “Porsche Panamera”, “Maserati”... | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı futbolçuların maşınları: “Porsche Panamera”, “Maserati”...

12:40 - 08 / 01 / 2019
Azərbaycanlı futbolçuların maşınları: “Porsche Panamera”, “Maserati”...

İmkanlı şəxslər üçün dəbdəbəli ev və villalar, lüks avtomobillər, şəhərin mərkəzində obyektlər həyatlarının bir parçasıdı. Yəni, onları sabah nə yeyəcəkləri yox, pulun üstünə pul gətirməyin yolları və ətrafındakıların yanında uca görünmək maraqlandırır.

Bu siyahıya təkcə biznesmenlərlə məmurlar aid deyil. Şou-biznesin sürətlə inkişaf etdiyi dövrdə müğənnilər və aktyorlar, eyni zamanda modellər də eyni həyat tərzi sürür. Təbii, siyahıda idmançıların da adları var. Nisbətən üzdə olanlardan, uğur qazananlardan gedir söhbət.

Dünyada ən çox sevilən növün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz. Sağlıqlarına qismət, yetərincə yaxşı maaş alırlar və buna uyğun da addım atırlar. Bir çox əcnəbi futbolçular var ki, qarajlarında avtomobil kolleksiyası görmək mümkündü. Böyük əksəriyyət son modellərə üstünlük verdiyi halda, bəziləri baha qiymətə aldığı retro maşınlarıyla öyünür. Düzdür, azərbaycanlı futbolçuların bir neçə maşın saxlamaq imkanı yoxdu. Bir neçə il əvvələ qədər ola bilərdi. Amma böhrandan sonra inandırıcı görünmür.

1news.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, vaxtilə Mahir Şükürov, Rail Məlikov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov kimi yığma üzvlərinin "dəmir dostları"nın qiyməti yüzminlərlə ölçülürdü. Lap dəqiq desək, azı 200 min manatlıq avtomobillərdə gəzirdilər. Belələri indi də var. Sadəcə, barmaqla sayıla biləcək qədər azdılar. Ən bahalı maşınlara sahib azərbaycanlı futbolçuların ("milliləşdirilmişlər" də aiddi - H.) adları və sükanı arxasında oturduqları nəqliyyat vasitələrinin təxmini qiymətləri ilə tanış olmaq istəyirsiz?

Porsche Panamera 4S

Bu dəqiqə ən bahalı maşın sürən futbolçu Maksim Medvedevdi. Uzun illər "Mazda 6"da gəzən yığma üzvü bu il dəyişiklik etmək qərarına gəldi. Amma kiminsə "çapdığı" avtomobilə ehtiyac duymadı. Salona getdi, pulunu saydı və yağ içində olan "Porsche Panamera 4S"i adına keçirtdi. Bu modelin 2018-ci il buraxılışının bazar qiyməti 130-140 min avrodu. Yəni 260-270 min manat. Halbuki Maksim bu qiymətdə maşını indi yox, bir neçə il əvvəl də ala bilərdi. Ağılla hərəkət etməyi üstün tutub, öncə ev-obyekt sahibi oldu, daha sonra sürəti düşündü.  

Range Rover

Adı dillər əzbəri olan Rəşad Sadıqov heç vaxt maşın həvəskarı olmayıb. Hətta gənc yaşlarında, əli böyük pullarla oynayanda belə. Bir müddət sükan arxasında oturmaqdan vaz keçən Sadıqov iki il əvvəl yenidən avtomobil sahibi olmağı qərara aldı. Tanışlarının köməyi ilə Bakıda sürülməmiş "Range Rover" gətizdirdi. İllərdi işlətdiyi 10-RS-014-ü də "belinə bağladı". 2013-cü il buraxılışı olan "ceyran"ın bazardakı qiyməti 80-85 min dollar aralığında dəyişir. Təxminən 135-145 min manat. Rəşadın "Range Rover" almasından sonra bu model dəbə mindi. İndi həmin şirkətin eyni məhsulundan Qurban Qurbanov, Rəşad Sadiqov və Əmrah Çəlikəl də yararlanır. 

Mercedes G-class

Avtomobil həvəskarları arasında "qalenvagen" və "qalik" kimi tanınan bu model son illər ölkəmizdə dəbdən düşmək bilmir ki, bilmir. Vaxtilə ərəb şeyxləri üçün istehsal olunan "qalenvagenlər"i bizdə pullu kişilər, ya da onların övladları sürür. Bir müddət əvvələ kimi Ruslan Qurbanovda da bu modeldən vardı. "Səbail"in futbolçusu onu BMW-yə dəyişəndən sonra indi "qalik" sürən yeganə futbolçu Elvin Yunuszadədi. Qara rəngli "canavar"da gəzən Elvinin maşını "brabus"a yığıldığından olduqca cəlbedici görünür. Amma yeni deyil, 2009-cu il buraxılışıdı, nömrəsi 90-KO-555. Bu ilin "qaliklər"inin qiyməti 60-65 min dollardı.Təxminən 100-110 min manat. 

Porsche Panamera

Mahir Mədətov hələ uşaq yaşlarından qapılarında bahalı maşınlar görüb. Atasının prodüser, əmisinin tanınmış olması avtomobil seçimlərinə təsirsiz ötüşməyib. Amma bir müddət sükan arxasında oturmadı. İndi isə "Porsche Panamera"sı var. Deyilənə görə, 2011-ci il buraxılışıdı. Nömrəsi də 99-MM-099. Bu modelin 2011-ci ilinin məhsulu avtomobil bazarında 40-45 min dollara, təxminən 70-75 min manata satılır. 

Maserati Quattroporte 

O da yaman rahatlığına fikir verən, dost-tanış arasında samballı görünmək həvəskarı olan futbolçulardandı. Yığmada və "Qarabağ"da çıxış etməsinə, vaxtilə "Neftçi"ylə "Qəbələ"nin formasını geyməsinə, üstəgəl, legioner həyatı yaşamasına baxmayaraq, Araz Abdullayev maşına dünyanın pulunu verməkdə maraqlı deyil. Ona görə də iki ildən çoxdu eyni maşının sükanı arxasında görüntülərnir - 10-BX-007. 2012-ci ilin "mazeratti"sinin qiyməti təxminən 40 min dollardı, aşağı-yuxarı 70 min manat.

Başqaları

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış olduz. Maraqlı gəldisə, digər oyunçuların "dəmir dostlar"ı ilə tanış olun.

Cavid Hüseynov - BMW X5

Kamran Ağayev - BMW X5

Arif Daşdəmirov - Lexus GS350

Bədavi Hüseynov - Lexus GS350

Ruslan Qurbanov - BMW 320 M3

İlqar Qurbanov - BMW 320 M3

Coşqun Diniyev - Hyundai Azera

Namiq Ələsgərov - Chevrolet Camaro

Tural Axundov - Audi Q7

Elvin Məmmədov - Jeep Grand Cherooke

1news.az

Paylaş:
3150

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər