Azərbaycanlı milyarder sabiq həyat yoldaşından İnterpola şikayət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı milyarder sabiq həyat yoldaşından İnterpola şikayət edib

12:45 - 21 / 01 / 2019
Azərbaycanlı milyarder sabiq həyat yoldaşından İnterpola şikayət edib

Azərbaycanlı milyarder Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktı araşdırılır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Qardian” ("The Guardian") nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır.

Xatırladaq ki, cütlük boşandıqdan sonra London məhkəməsi Əhmədovun sərvətinin yarısını arvadına verməsi barədə qərar qəbul etmişdi. Lakin bir neçə ildir milyarder bu qərara etiraz edir. O, məhkəmədə arvadından onun İngiltərə vətəndaşı olmadan öncə boşandığını söyləmiş, lakin 2016-cı ildə məhkəmə təqdim olunan sənədlərin saxta olduğu qənaətinə gəlmişdi. Zyusinsk Bölgə Məhkəməsi isə nikahın həqiqətən 2000-ci ildə pozulduğunu təsdiqləyib.

Bundan sonra milyarder "İnterpol"un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib.

Hazırda "İnterpol" Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır.

S.Xankişiyeva

 

 

Paylaş:
481

Son xəbərlər

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40
Bütün xəbərlər