“AzerGold” AXC-in 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” AXC-in 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib

10:20 - 15 / 10 / 2018
“AzerGold” AXC-in 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib

“AzerGold” QSC Azərbaycan Xalq Cümhuriyyətinin  (AXC)100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib.

Tarixçi alimlər Firdovsiyyə Əhmədova və Anar Vəliyev, həmçinin “AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Sadiqə Mehdiyevadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını AXC tarixi üzrə az araşdırılmış mövzu, akademik tələblərə uyğun tərtib edilmiş iş planı və ədəbiyyat siyahısı kimi meyarlar əsasında qiymətləndirib.

Qiymətləndirmə nəticəsində irəli sürülən müraciətlər içərisində AXC-də pul və qiymətli kağızlar siyasəti, AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat və Azərbaycan parlamentarizminin xüsusiyyətləri kimi mövzular səs çoxluğu ilə qalib seçiliblər.

Oktyabr ayının 12-də “AzerGold” QSC-nin rəhbər şəxsləri ilə qaliblər arasında Cəmiyyətin inzibati binasında görüş keçirilib. Görüş çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov təqaüd proqramının AXC-nin tarixinin daha da dərindən araşdırılmasına və tarixi tədqiqatların təşviqinə önəmli töhfə verəcəyini bildirib. Qaliblər müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, “AzerGold” QSC-yə tarixi araşdırmaların aparılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Daha sonra təqaüd proqramının qalibləri ilə müvafiq müqavilələr imzalanıb. Müqavilənin şərtlərinə əsasən tədqiqatçılar araşdırmalarını müəyyən edilmiş müddət ərzində tamamlayaraq “AzerGold” QSC-yə təqdim edəcəklər. Bu tədqiqatların müxtəlif mətbuat orqanlarında dərc edilməsinə dəstəyin göstərilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə elan olunan təqaüd proqramı respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə vermək məqsədlərini daşıyır.

Reklam hüququnda

 

Paylaş:
447

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər