“AzerGold” iqlim dəyişikliyi mövzusunda növbəti təlim keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” iqlim dəyişikliyi mövzusunda növbəti təlim keçirib – FOTO

11:00 - 21 / 06 / 2019
“AzerGold” iqlim dəyişikliyi mövzusunda növbəti təlim keçirib – FOTO

19-20 iyun tarixlərində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində Naxçıvan şəhərində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim təşkil edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov, Milli Hidrometeorologiya xidmətinin direktor müavini İmran Əbdulov iqlim dəyişikliyinin təsirləri ilə mübarizə istiqamətində ölkədə görülən tədbirlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, dövlətlə yanaşı, hər bir özəl müəssisənin də bu istiqamətdə daha fəal olmasının önəmini vurğulayıblar. 

İki günlük tədbir zamanı Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-dan çox sahibkar iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında praktik biliklər əldə ediblər. Bundan əlavə, sahibkarları maraqlandıran suallar ekologiya və təbii sərvətlər və kənd təsərrüfatı nazirliklərinin, elm və təhsil ocaqlarının ixtisaslaşmış mütəxəssisləri tərəfindən cavablandırılıb. Geniş müzakirələrin və fikir mübadiləsinin aparıldığı təlimin sonunda sahibkarlar müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, bu ilin aprel ayında Bakıda Gəncə-Qazax, Aran və Lənkəran iqtisadi rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkara iqlim dəyişikliyi mövzusunda 4 günlük təlim təşkil olunub. Rəsmi dövlət qurumlarının, elm və təhsil ocaqlarının, müstəqil ekspertlərin təlimçi qismində iştirak etdiyi bu təlimlər əmək qabiliyyətli əhalinin böyük hissəsinin məşğul olduğu kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial rifahın daha da yüksəlməsinə dəstək göstərmək və bununla da “Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030”-a nail olunmasına töhfə vermək məqsədlərini daşıyır.

Xatırladaq  ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişinə 26 oktyabr 2016-cı il tarixindən etibarən qoşulub və bu istiqamətdə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.

Reklam hüququnda

 

Paylaş:
952

Son xəbərlər

Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06
Bütün xəbərlər