“Azərsilah” ASC-nin yaradılması ölkəmizin müdafiə sənayesinin qüdrətini artıracaq – RƏYLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsilah” ASC-nin yaradılması ölkəmizin müdafiə sənayesinin qüdrətini artıracaq – RƏYLƏR

14:10 - 16 / 01 / 2019
“Azərsilah” ASC-nin yaradılması ölkəmizin müdafiə sənayesinin qüdrətini artıracaq – RƏYLƏR

Məlum olduğu kimi, yanvarın 14-də Prezident İlham Əliyev dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə əlavə tədbirlər haqqında bir sıra fərmanlar imzalayıb.

1news.az-ın məlumatına görə, bu çərçivədə dövlət başçısının imzaladığı digər fərmanla müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Qeyd edək ki, bu fərman ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini, qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə, mövcud iqtisadi konyunkturada rəqabətədavamlılığının artırılmasını təmin edəcək.

Dövlət başçısının sözgedən fərmanına münasibət bildirən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov 1news.az-a bildirib ki, silah istehsalı, müdafiə sənayesi ilə bağlı səhmdar cəmiyyətlərin təsis olunması, belə bir struktur formasının yaradılması demək olar ki, bütün dünyada tətbiq olunur:

“Bizdə də müdafiə sənayesində belə bir struktur dəyişikliyinə ehtiyac olduğundan, bu sahədə fəaliyyət göstərən qurumun idarəetməsinin daha çevik olması, imkanlarından daha səmərəli istifadə olunması üçün belə bir qərar qəbul olundu. Bununla da Müdafiə Sənayesi Nazirliyinin funksiyaları, yəni, müdafiə sənayesinə aid məhsulların istehsalı, bu sahədə elmi tədqiqatların aparılması, müdafiə sənayesi məhsullarımızın beynəlxalq sərgilərdə nümayiş etdirilməsi kimi funksiyalar “Azərsilah” ASC-yə keçdi.

Nazirlikdən fərqli olaraq yeni qurumun idarəetmə prinsipləri təkmilləşir, eyni zamanda investisiya qoyuluşu imkanları sadələşir. Digər tərəfdən qərarlar qəbul ediləndə bürokratik problemlər yaradan amillər də aradan qalxacaq”.

Ş.Ramaldanov yeni yaradılan qurumun səhmdar cəmiyyət kimi fəaliyyət göstərməsinin başqa üstünlüklərindən də danışıb:

“Başqa bir müsbət məqam ondan ibarətdir ki, “Azərsilah” səhmdar cəmiyyət olduğu üçün ora səhmlər cəlb oluna bilər, müasir idarəetmə sayəsində vəsaitlərin istifadəsi prinsipləri artıq beynəlxalq normalar çərçivəsində həyata keçirilə bilər. Ümumilikdə hesab edirəm ki, yaxın zamanlarda müdafiə sənayesi sahəsində aparılan struktur dəyişikliyinin müsbət nəticələrini görə biləcəyik”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmasını müsbət addım kimi qiymətləndirib:

“Ümumiyyətlə, burda söhbət tək Müdafiə Sənayesi Nazirliyindən getmir. O qədər dövlət qurumları var ki, faktiki olaraq sovetdən qalma mexanizmlə işləyirlər. Yaşadığımız XXI əsrdə isə tamam başqa tələblər var. Yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir əsrdə insanlar daha mobil, daha çevik iş ortaya qoymalıdırlar. Bu baxımdan ölkə başçısının qərarı çox düzgün qərardır və hesab edirəm ki, bu proses davam etdirilməlidir. Çünki bizim xeyli sayda dövlət qurumuş təşkilat var ki, dövlətdən kifayət qədər maliyyə alsalar da, bunun müqabilində ortaya qoyduqları faydalı iş əmsalı çox aşağıdır. Sadəcə olaraq qərarın mahiyyətini insanlara çatdırmaq üçün izahat iş aparılmalıdır. Onda insanlar da sözügedən qərarın əhəmiyyətini və vacibliyini yaxşı dərk etmiş olarlar”.

Hərbi ekspert Müdafiə Sənayesi Nazirliyinin yaradıldığı dövrdəki tələblərlə bu günkü tələblərin fərqləndiyini söyləyib:

“Müdafiə Sənayesi Nazirliyi yarananda başqa tələblər var idi. Tələblər də o zamana uyğun tələblər idi. Həmin dövrdən xeyli müddət keçib və bu illər ərzində Müdafiə Sənayesi Nazirliyi kifayət qədər iş görüb. “Azərsilah” ASC isə idarəetmənin effektivliyini daha da artırmaq, idarəetməni daha çevik etmək məqsədilə yaradılıb”.

“Azərsilah” ASC-nin ölkəmizə böyük fayda verəcəyini düşünən Ü.Cəfərovun sözlərinə görə, Azərbaycanda istehsal olunan hərbi məhsulları xarici bazarlara çıxarmaq imkanlarımız da artacaq:

“Hesab edirəm ki, bu qurum Azərbaycana böyük fayda verəcək. Çünki yəqin ki, burada hansısa kənar mütəxəssislər deyil, vaxtilə Müdafiə Sənayesi Nazirliyində çalışmış insanlar işlərini davam etdirəcəklər. Bu insanlar işlədikləri müddətdə kifayət qədər təcrübə toplayıblar və bu illər ərzində onların hazırladığı silah-sursatlar tək daxili tələbat üçün istifadə olunmayıb, eyni zamanda bir sıra xarici ölkələrə ixrac edilib. Ümid edirəm ki, “Azərsilah” ASC üzərinə düşən məsuliyyəti anlayacaq və Azərbaycan məhsullarının daha çox tanınması üçün lazımi işlər görəcək”.

Babək Cahandarov

Paylaş:
2186

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər