AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

16:35 - 16 / 11 / 2018
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

Pakistanın “Dispatch News Desk” (DND) xəbər agentliyi AZƏRTAC ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

İki media qurumu arasında əlaqələr yaradılması noyabrın 16-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun DND xəbər agentliyinin baş redaktoru Ağa İqrar Harun ilə görüşdə müzakirə olunub.

Azərbaycan ilə Pakistanı sıx dostluq və qardaşlıq münasibətləri birləşdirdiyini deyən Aslan Aslanov bütün sahələrdə olduğu kimi KİV-lər arasında da əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu bildirib. Qeyd olunub ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlət kimi Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt edilməsini daim pisləyir, bu işğalçı ölkəni beynəlxalq səviyyədə tanımır. “Regionun nüfuzlu ölkələrindən olan Pakistanın media qurumları ilə informasiya mübadiləsinin genişləndirilməsini zəruri hesab edirik. Bu, iki ölkənin və xalqlarımızın daha da yaxınlaşmasında, cəmiyyətlərimizdə məlumatlılığın artırılmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə İdarə Heyətinin sədri qeyd edib. Vurğulanıb ki, DND agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər yayımının gücləndirilməsi istiqamətində müsbət addım olacaq.

Azərbaycan Pakistanın xarici siyasətində özünəməxsus yer tutur. Bu barədə danışan Ağa İqrar Harun hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini qarşılıqlı münasibətlərdə vacib amil olduğunu qeyd edib. İnformasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi təşəbbüsünü dəstək verən baş redaktor AZƏRTAC-ın xəbərlərinin öz kanalları vasitəsilə Pakistan cəmiyyətinə çatdırmağa hazır olduqlarını söyləyib. “Agentliyimiz Azərbaycanla bağlı xəbərlərin yayılmasına diqqətlə yanaşır. Biz sizin xəbərləri urdu dilində də yaymaq istəyirik. Ümid edirik ki, bizim əməkdaşlığımız Pakistanla bağlı xəbərlərin də Azərbaycanda daha geniş yayılması üçün şərait yaradacaq”, - deyə baş redaktor qeyd edib.

Görüşdə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri (OANA) təşkilatına sədrliyi, bu beynəlxalq qurumlar çərçivəsində Pakistanın APP və PPİ agentlikləri ilə əməkdaşlıq etməsi barədə qonağa məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
495

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər