Bakı metrosunda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var

15:45 - 13 / 12 / 2018
Bakı metrosunda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var

Metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava ilə bağlı rəsmi açıqlama verilib.

1news.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə bir oğlanın bir qızı vuraraq qatardan platformaya salması barədə məlumatlar yayılıb:

“Bununla əlaqədar Bakı Şəhər BPİ-nin Metropolitenində Polis Şöbəsində müvafiq araşdırma aparılıb, hadisənin iştirakçısı olan hər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Araşdırmalarla o da müəyyən olunub ki, Bakı şəhər sakini Əli Məhərrəmov dekabrın 6-da saat 21:50 radələrində metronun “Nizami” stansiyasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan paytaxt sakini Pərvanə Fərmanzadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar  Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb”.

“İstintaq zamanı zərərçəkmiş şəxs P.Fərmanzadə və şahidlər dindirilib. Ə.Məhərrəmov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - deyə rəis mavini qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər