Bakıda 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir

11:11 - 14 / 11 / 2018
Bakıda 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi öz işinə başlayır.

1news.az-ın məlumatına görə, 3 gün davam edəcək sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il “Caspian Ecology” sərgisində Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “Damla”, “GIZ”, “SOCAR POLYMER”, “Təmiz Şəhər” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu öz stendi ilə təqdim olunacaq.

Ümumilikdə, “Caspian Ecology 2018” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı  və bir sıra digər məhsulları təqdim edəcəklər.  

Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək.

Qeyd edək ki, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayan sevindirici faktor, sponsorların tərkibidir. Sərginin Qızıl Sponsoru - Global Energy Azerbaijan LTD şirkətidir, Gümüş Sponsoru qismində isə  AAS-ATE şirkəti çıxış edir.

Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
416

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30
Bütün xəbərlər