Bakıda “Azerbaijan International” badminton turniri keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
İdman

Bakıda “Azerbaijan International” badminton turniri keçiriləcək – FOTO

16:56 - 22 / 05 / 2019
Bakıda “Azerbaijan International” badminton turniri keçiriləcək – FOTO

Bakı daha bir irimiqyaslı beynəlxalq yarış ərəfəsindədir.

Söhbət Milli Olimpiya Komitəsi,Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Dünya Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə reallaşacaq “Azerbaijan International” turnirindən gedir.

1news.az-ın verdiyi xəbərə görə, iyunun 6-dan 9-da qədər keçiriləcək “International Challenge” seriyalı “Azerbaijan International” badminton turnirində dünyanın 39 ölkəsindən 220-ə yaxın idmançı məharətini göstərəcək.

Bu, “International Challenge” seriyalı turnirlər üçün rekord deməkdir. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış üçün məkan olaraq Bakı İdman Sarayı seçilib.

Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.

“Azerbaijan International” ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq yetərincə yüksəkdir. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında Olimpiya mükafatçılarının olmasıdır. Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adı əsas favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil.

Bakı yarışı həmçinin 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır və bu mənada, əhəmiyyəti böyükdür. Yeri gəlmişkən, təşkilatçı kimi, ölkəmiz “Azerbaijan International”da geniş heyətlə təmsil olunacaq – qələbə uğrunda 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimlərimiz – Fidan və Gülcənnət Hüseynli bacılarının olması isə xüsusi sevindirici haldır.

Badminton 4 il əvvəl ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarının proqramına daxil idi. Yəni, Bakı badminton üzrə böyük yarşları keçirmək mənasında lazımi təcrübəyə və tələb olunan idman infrastrukturuna malikdir. İlk Avropa Oyunları kimi, qarşıdakı Olimpiya lisenziyalı yarışın da Azərbaycanda badmintonun daha da populyarlaşmasında, inkişaf etməsində yeni mərhələ olacağına, gənclərin bu idman növünə üz tutmasına yeni təkan verəcəyinə inanırıq. Bu əminliyi yaradan bir səbəb də badmintonçularımızın beynəlxalq turnirlərdə nəticələrinin getdikcə yüksəlməsidir. Bu sırada badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına vəsiqə qazanmasını xüsusi vurğulaya bilərik. Ezmi bu şərəfə nail olmaq üçün 28 turnirdə mübarizə aparıb. Dünya reytinqində 80-ci sırada qərarlaşan Edi Reski Dviçayo isə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını saxlayır. Edi-Ezmi tandemi qoşa badmintonçuların dünya reytinqində 66-cı sıradadır.

Bu gün Bakı,Gəncə,Sumqayıt,Lənkəran və Quba şəhərlərində 7 sayda idman təşkilatında 28 idman bölməsi fəaliyyət göstərir. Hazırda ölkəmizdə 500-dən çox gənc badmintonla məşğul olur. “Azerbaijan International”in təşkilində də başlıca məqsəd badmintonun ölkəmizdə daha geniş və praktik təbliği, həmçinin Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının ümumi fəliyyətində fəal iştirak etmək, qarşılıqlı əməkdaşlığa töhfə verməkdir.

“Azerbaijan International”un final oyunları iyunun 9-da İctimai Televiziya ilə canlı yayımlanacaq. Turnirin bütövlükdə gedişatını isə iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi youtube kanalı vasitəsilə canlı izləmək mümkün olacaq və nəticələr onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında əksini tapacaq.

Azərbaycan Badminton Federasiyası idmansevərləri gərgin mübarizəyə səhnə olacaq yarışı izləməyə, badmintonçularımıza mənəvi dəstək olmağa çağırır. Avropa badminton ailəsinin əhəmiyyətli tərəfdaşı olaraq ümidvarıq ki, “Azerbaijan International 2019” ölkəmizdə təşkil edilən digər irimiqyaslı nüfuzlu yarışlar kimi, ən yüksək səviyyədə keçiriləcək və Bakı turnirində yeni beynəlxalq standartlar müəyyənləşəcək.

S.Xankişiyeva

Paylaş:
1010

Son xəbərlər

İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00
Bütün xəbərlər